DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
46
məsindəki çətinliklər üzərində dayanır. Dördüncü sənaye inqilabı
dövründə istehsal olunan innovativ məhsul və xidmətlər əhəmiy-
yətli dərəcədə daha yüksək funksionallığa və keyfiyyətə malikdir,
ancaq ənənəvi olaraq bildiyimiz bazarlardan
tamamilə fərqli şə-
kildə işləyən bazarlarda təqdim olunurlar. Bir çox yeni
məhsul və
xidmət hazırda “rəqibsiz”dir, sıfır marjinal xərcə malikdir və/və ya
daha aşağı qiymətlərə səbəb olan rəqəmsal platformalar vasitəsilə
yüksək rəqabətli bazarlardan istifadə edirlər. Bu şərtlər daxilində,
hələ ki istehlakçının qazandığı əlavə fayda ümumi satış və ya mən-
fəətə tam əks olmadığı üçün bizim ənənəvi statistikamız real dəyər
artımlarını göstərməkdə uğursuz ola bilər.
“Google”ın baş iqtisadçısı Hal Varian tələb iqtisadiyyatının
gücü hesabına mobil tətbiqlə taksi sifariş etmək və ya avtomobil ki-
rayə götürmənin yüksək səmərəliliyi kimi nümunələr üzərində da-
yanır. İstifadə edildikdə səmərəliliyi və məhsuldarlığı artıran
digər
oxşar xidmətlər də mövcuddur. Lakin bunların bir çoxu əsasən pul-
suz olduğu üçün evdə və işdə nəzərə alınmayan dəyər yaradırlar. Bu,
milli statistikalarda ölçülən iqtisadi artım ilə müəyyən bir xidmət
vasitəsilə yaradılan dəyər arasında uyğunsuzluq əmələ gətirir. Eyni
zamanda bu, reallıqda iqtisadi göstəricilərimizin ifadə etdiyindən
daha səmərəli istehsal və istehlak etdiyimizi bildirir.
21
Digər bir arqument isə, üçüncü sənaye inqilabının məhsuldarlıq
qazanclarının azalmasına baxmayaraq, dördüncü sənaye inqilabı-
nın yeni texnologiyalar dalğasının məhsuldarlıqda yaradacağı bö-
yük artımların hələ reallaşmadığıdır.
Əslində, praqmatik bir optimist kimi mən, dördüncü sənaye
inqilabının dünya üzərində yaradacağı müsbət təsiri hələ yeni hiss
etməyə başladığımızı əminliklə düşünürəm. Mənim optimist ya-
naşmamın 3 əsas mənbəyi var:
Birincisi, dördüncü sənaye inqilabı 2 milyard insanın
hələ də
ödənməmiş ehtiyaclarının qlobal iqtisadiyyata inteqrasiya im-
kanını təklif edir, bütün dünyadan fərdləri və qrupları bir-birilə
T
Ə
S
İ
RL
Ə
R
47
əlaqələndirib gücləndirərək mövcud məhsul və xidmətlər üçün
əlavə tələb formalaşdırır.
İkincisi, dördüncü sənaye inqilabı mənfi kənar təsirləri nəzərə
alma və nəticədə potensial iqtisadi artımı yüksəltmə bacarığımızı
artıracaqdır. Misal olaraq, başlıca mənfi kənar təsirlərdən biri olan
karbon istehsalına nəzər yetirək. Yaxın vaxtlara qədər, yaşıl inves-
tisiyalar yalnız dövlət tərəfindən subsidiyalarla
dəstəkləndiyi üçün
cəlbedici idi. Hazırda, bu getdikcə aradan qalxır. Bərpa olunan
enerji, yanacağın səmərəliliyi və enerjinin saxlanılması sahələrində
tətbiq edilən sürətli texnoloji irəliləyişlər yalnız bu sahələrə edilən
investisiyaların rentabelliyini yüksəltmək və ÜDM artımını sürət-
ləndirməklə kifayətlənmir, eyni zamanda, dövrümüzün ən ciddi
qlobal təhdidlərindən biri sayılan iqlim dəyişikliyi probleminin
yumşaldılmasına da kömək edir.
Üçüncüsü, növbəti
hissədə də təqdim etdiyim kimi, ünsiyyətdə
olduğum biznes, hökumət və vətəndaş cəmiyyəti liderlərinin hamı-
sı mənə təşkilatlarını rəqəmsal bacarıqların yaradacağı səmərələri-
tam şəkildə reallaşdırmağa imkan verəcək tərzdə transformasiya
etməyə çalışdıqlarını bildirirlər. Hələ dördüncü sənaye inqilabının
əvvəlindəyik və onun tam dəyərini anlamaq üçün bütövlükdə yeni
iqtisadi və təşkilati strukturlara ehtiyacımız var.
Əslində, mənim yanaşmam bundan ibarətdir ki, dördüncü sə-
naye inqilabı dövründə iqtisadiyyatın rəqabət qaydaları digər dövr-
lərdən tamamilə fərqli olacaqdır. Rəqabət güclərini qorumaq üçün
ölkələr və şirkətlər bütün formalarda innovasiyanın ön mövqelə-
rində dayanmağa məcburdurlar. Bu isə ilk növbədə xərcləri aşağı
salmağa üstünlük verən strategiyaların eff ektivliyinin məhsul və
xidmətləri daha innovativ tərzdə təqdim etməyə üstünlük verən
strategiyalarla müqayisədə aşağı olacağı deməkdir. Hazırda müşa-
hidə etdiyimiz kimi, mövcud şirkətlər başqa ölkələrdə və sektor-
larda ortaya çıxan ənənəviliyi pozanların və yenilikçilərin yüksək
təzyiqi altındadırlar. Eyni fikirləri innovasiya ekosistemlərini tələb
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
48
olunan tərzdə formalaşdırmağa diqqət yetirmək ehtiyacını hələ də
dərk etməyən ölkələr üçün də söyləmək mümkündür.
Beləliklə, struktur amillərin (ifrat borclanma və qocalan cəmiy-
yətlər) və sistemli amillərin (platforma və tələb iqtisadiyyatının
dövriyyəyə daxil olması, azalan marjinal xərclərin artan əhəmiyyəti
və.s) kombinasiyasının bizi iqtisadiyyat kitablarımızı
yenidən yaz-
mağa məcbur edəcəyinə inanıram. Dördüncü sənaye inqilabı, həm
iqtisadi artımı sürətləndirmə, həm də hamımızın üzləşdiyi başlıca
qlobal təhdidlərin bəzilərini yüngülləşdirmə potensialına sahibdir.
Eyni zamanda, biz onun yarada biləcəyi mənfi təsirlərin, xüsusilə
də bərabərsizlik, məşğulluq və əmək bazarı ilə bağlı məsələlərin
fərqində olmalı və bunları idarə edə bilməliyik.
Dostları ilə paylaş: