2.1.3. Bioloji
Bioloji sahədə, xüsusilə də genetikadakı innovasiyalar da eyni
dərəcədə həyəcanvericidir. Son illərdə gen düzülüşündə, lap son
dövrlərdə isə genləri aktivləşdirmə və ya dəyişdirmə prosesində
xərclərin azaldılması və rahatlığın artırılması sahəsində mühüm
nailiyyətlər əldə edilmişdir. “İnsan Genomu Layihəsi” 10 ildən çox
müddətdə 2,7 milyard dollara başa gəldiyi halda, hazırda bir geno-
mun düzülüşü bir neçə saat ərzində və min dollardan da az xərclə
gerçəkləşdirilə bilir.
10
Hesablama gücündə baş verən irəliləyişlərin
nəticəsində artıq elm adamlarının sınama və yanılma metodundan
istifadə etmələrinə ehtiyac qalmır, bunun əvəzinə hansı spesifik
genetik variasiyaların müəyyən xüsusiyyətləri və xəstəlikləri yarada
bildiklərini yoxlaya bilirlər.
H
Ə
R
Ə
K
Ə
TVER
İ
C
İ
QÜVV
Ə
L
Ə
R
35
Sintetik biologiya artıq növbəti mərhələdir. Bu, bizə DNT-ni
yazıb, orqanizmləri modifikasiya etmək bacarığını qazandıra-
caqdır. Ortaya çıxaracağı ciddi etik məsələlər bir tərəfə qalsın, bu
irəliləyişin eyni zamanda, yalnız tibb üzərində deyil, həm də kənd
təsərrüfatı və bioyanacaq məhsullarının istehsalı üzərində də dərin
və sürətli təsiri olacaqdır.
Ürək xəstəliklərindən xərçəngə qədər ciddi sağlamlıq problem-
lərimizin bir çoxunun genetik komponenti vardır. Buna görə də,
səmərəli və ucuz şəkildə (müntəzəm diaqnostikalarda istifadə olu-
nan sıralama maşınlarının hesabına) bizim fərdi genetik düzülü-
şümüzü müəyyən etmək bacarığı, pasiyentə xas və eff ektiv səhiyyə
sahəsində inqilab yaradacaqdır. Şişlərin genetik düzülüşü haqqın-
dakı məlumat həkimlərə xəstənin xərçəng müalicəsi ilə bağlı qərar-
lar qəbul etmək imkanı yaradacaqdır.
Genetik markerlər ilə xəstəlik arasındakı əlaqələr haqqında an-
layışımızın geri qalmasına baxmayaraq, verilənlərin miqdarının
artması həssas tibbin nəticələrini yaxşılaşdırmağa xidmət edən son
dərəcədə dəqiq hədəfl ərə yönəlmiş müalicələri mümkün edəcəkdir.
“IBM”in “Watson” adlı superkompüteri artıq indidən xəstəliyin və
onun müalicəsinin keçmişini, skanlamalar və genetik verilənləri ən
müasir tibbi biliklərin (demək olar ki) tamamlanmış külliyatı ilə
müqayisə edərək, bir neçə dəqiqə ərzində xərçəng xəstələri üçün
xüsusi müalicələrin təklif edilməsinə kömək edir.
11
Bioloji tənzimləmə bacarığı, geni dəyişdirilmiş bitki və ya hey-
van yaratmağa, bundan başqa insanlar da daxil olmaqla yetkin
orqanizmlərin hüceyrələrini dəyişdirməyə imkan verəcək şəkildə
praktikada hər hansı bir hüceyrə tipinə tətbiq edilə bilər. Bu, 1980-
ci illərdə tətbiq edilən gen mühəndisliyindən fərqlənir, əvvəlki me-
todlarla müqayisədə daha dəqiq və məhsuldardır və istifadəsi daha
asandır. Əslində, elm o qədər sürətlə inkişaf edir ki, hazırkı məhdu-
diyyətlər texniki olmaqdan daha çox hüquq, tənzimləmə və etika
ilə bağlıdır. Potensial tətbiqlərin siyahısı faktiki olaraq sonsuzdur
– burada, daha çox iqtisadi və ya yerli şərtlərə uyğun olan qidalan-
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
36
ma rejimləri ilə yetişdirilə biləcək tərzdə heyvanların modifikasiya
edilməsindən ifrat istilərə və ya quraqlıqlara tab gətirəcək ərzaq bit-
kilərinin yetişdirilməsinə qədər bir çox tətbiqləri misal göstərmək
mümkündür.
Gen mühəndisliyi üzrə aparılan araşdırmalar inkişaf etdikcə
(məsələn, genlərin tənzimlənməsi və müalicəsində istifadə edilən
CRISPR/Cas9 metodunun inkişafı) eff ektiv təqdimat və spesi-
fikliyin yaratdığı məhdudiyyətlər aşılacaq və bizi, xüsusilə də etik
baxımdan birbaşa və ən vacib sual ilə qarşı-qarşıya qoyacaqdır:
Genlərin tənzimlənməsi tibbi araşdırma və tibbi müalicəni necə
dəyişdirəcəkdir? Prinsip etibarilə, həm bitkilər, həm də heyvanlar
potensial olaraq dərmanlar və müalicənin digər formalarını yara-
da biləcək tərzdə dəyişdirilə bilərlər. İnəklərin südlərinin hemofil
xəstələri üçün mühüm olan qanı laxtalandırıcı elementi yarada bilə-
cək formada dəyişdiriləcəyi gün elə də uzaqda deyildir. Tədqiqat-
çılar artıq indidən donuz genomunu insanlara nəql edilə bilən
orqanlar yetişdirmək məqsədilə dəyişdirməyə başlayıblar (Bu, in-
diyə qədər insan bədəninin immunitet sisteminin rədd etmə riski
və heyvanlardan insanlara xəstəlik keçməsi riski səbəbindən nəzər-
də tutulmayan orqan nəqletmə prosesi idi).
Müxtəlif texnologiyaların birləşməsi və bir-birini zənginləşdir-
məsinə başqa bir misal kimi üçölçülü istehsal ilə gen tənzimlənmə-
sinin birləşdirilərək, toxumaların bərpası və regenerasiyası məqsə-
dilə canlı toxumaların istehsalında istifadə ediləcəyini göstərmək
olar. Bioçap adlandırılan bu proses elə indidən dəri, sümük, ürək
və damar toxumalarının istehsalında istifadə edilir. Nəhayət, çap
edilmiş qaraciyər hüceyrə təbəqələrindən istifadə edilərək insanla-
ra nəql ediləcək orqanlar istehsal ediləcəkdir.
Hazırda aktivlik səviyyəmizə və qan kimyamıza nəzarət etmək
üçün yaradılan yeni cihazlar bədənlərimizə yerləşdirilir və bunlar
hamısı bizim rifahımız, zehni sağlamlığımız, evdəki və iş həyatın-
dakı məhsuldarlığımız ilə yaxından əlaqəlidir. Biz, eyni zamanda,
insan beyninin işləmə prinsipi ilə bağlı bilgilərimizi artırır və ney-
H
Ə
R
Ə
K
Ə
TVER
İ
C
İ
QÜVV
Ə
L
Ə
R
37
rotexnologiya sahəsindəki heyrətləndirici yeniliklərə şahid oluruq.
Son bir neçə il ərzində dünyada ən çox maliyyə dəstəyi qazanan
araşdırma proqramlarının beyin elmləri ilə bağlı olması da bunu
bir daha sübut edir.
Mən həm sosial normaların, həm də uyğun tənzimlənmənin in-
kişaf etdirilməsi ilə bağlı ən böyük çağırışların biologiya sahəsində
olduğunu düşünürəm. Qarşımıza belə bir yeni sual çıxır: insan nə
deməkdir? Bədənlərimiz və sağlamlığımız haqqında hansı verilən-
ləri və məlumatları başqaları ilə paylaşa bilərik? Gələcək nəsillərin
genetik kodunu dəyişdirməyə gəldikdə, hansı hüquqlara və məsu-
liyyətə sahibik?
Genetik tənzimlənmə məsələsinə qayıtsaq, hazırda insan geno-
munu həyat gücünə sahib embrionlar çərçivəsində açıq manipulya-
siya etmək çox asanlaşmışdır və elə bu səbəbdən də ehtimal olunur
ki, gələcəkdə müəyyən xüsusiyyətlərə və spesifik xəstəliklərə dirəniş
göstərmə imkanına sahib olan dizayner körpələrin (
ing. designer
babies
) meydana gəlməsinə şahid olacağıq. Qeyd etmək lazımdır ki,
bu bacarıqların gətirdiyi imkanlar və təhdidlər haqqında aparılan
müzakirlər də gündəmdədir. Məsələn, 2015-ci ilin dekabr ayında
ABŞ Milli Elmlər Akademiyası və Milli Tibb Akademiyası, Çin
Elmlər Akademiyası və Böyük Britaniya Krallıq Cəmiyyəti birgə
“Beynəlxalq İnsan Geni Tənzimlənməsi Sammiti”ni keçirdilər. Bu
müzakirələrlə yanaşı, biz hələ də sürətlə yaxınlaşmasına baxmaya-
raq ən son genetik üsulların reallığı və nəticələri ilə üzləşməyə hazır
deyilik. Bunların qarşımıza çıxaracağı sosial, tibbi, etik və psixoloji
çağırışlar çox ciddidir və həll edilmələri, ən azından düzgün şəkildə
müzakirə edilmələri zəruridir.
Dostları ilə paylaş: |