Ə
LAV
Ə
: D
Ə
R
İ
N D
Ə
Y
İŞİ
KL
İ
KL
Ə
R
167
– cəmi 3 il əvvəl isə hətta bir yaşında bir uşaqla da yarışa bilmirdi.
Yeni versiyanın 5-6 yaşındakı uşaq səviyyəsində bir performansa sa-
hib olacağı gözlənilir.
Mənbə
: “Verbal IQ of a Four-Year Old Achieved by an AI System”:
http://citeseerx.ist.psu.edu/viewdoc/download?doi=10.1.1.386.6705&rep=rep1&type=pdf
Əgər Moore Qanunu son 30 il ərzindəki sürəti ilə
davam edərsə,
o zaman mikroprosessorlar 2025-ci ildə insan beynilə eyni səviyyə-
də əməliyyat gücünə sahib olacaqdır.
Biloji elmlərə, xərçəng araşdır-
malarına, yaşa əsaslanan xəstəliklərə və regenerativ tibbə investisiya
qoyan Honq Konq mənşəli bir risq kapitalı fondu “Deep Knowle-
dge Ventures” idarə heyətinə “Vital” (Validating Investment Tool
for Advancing Life Sciences) adlı bir Sİ alqoritmini təyin etmişdir.
Mənbə
: “Algorithm appointed board director”, BBC: http://www.bbc.com/news/
technology27426942
Dəyişiklik 14. Süni intellekt və ağ yaxa tələb edən
iş yerləri
Dönüş nöqtəsi:
Şirkət auiditinin 30%-nin Süni İntellekt tərə-
findən həyata keçirilməsi.
2025-ci ildə:
Sorğuda iştirak edənlərin 75%-nin fikrinə görə bu
mümkün olacaqdır.
Süni İntellekt (Sİ) adekvat modellərin qurulması
və avtomatlaş-
ma prosesi baxımından əlverişlidir. Bu texnologiya böyük təşkilat-
larda bir çox funksiyalara tətbiq edilə bilər. Gələcəkdə Sİ-in hazırda
insanlar tərəfindən icra edilən bir çox müxtəlif funksiyaları əvəz-
ləyəcəyi bir dövrü proqnozlaşdırmaq mümkündür.
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
168
Oksford Martin Məktəbi tərəfindən aparılan bir araşdırma Sİ
və robotlar tərəfindən kompüterləşdirilmə təhdidi altında
olan iş
yerlərini təhlil etmiş və bəzi ciddi nəticələr əldə etmişdir.
92
Onların
modeli ABŞ-da 2010-cu ildə mövcud olan iş yerlərinin təxminən
47%-nin böyük ehtimalla gələn 10 və ya 20
il ərzində kompüterləş-
diriləcəyini proqnozlaşdırmışdır. (Şəkil 5)
Şəkil 5. ABŞ-da peşələr üzrə məşğulluğun
*
kompüterləşdirilmə
ehtimalına görə bölgüsü
*
Bölgü iş yerləri ilə bağlı 2010-cu il məlumatlarına əsaslanır.
Mənbə: Frey, C.B. and M.A. Osborne, “Th
e Future of Employ ment: How Susceptib-
le Are Jobs to Computerisation?”, 17 September 2013.