strandart və əsas detalların eskizləri çəkilir. Standart detalları
birbaşa seçmək və
onların eskizlərini çəkməmək də olar. Detalların formasından,
simmetrik və ya
qeyri – simmetrik olmasından asılı
olaraq onun eskizini bir,
iki yaxud üç
proyeksiyada çəkmək olur.
Detalların eskizləri heç bir çertyoj ləvazimatından
istifadə edilmədən əl ilə
çəkilir. Hətta çevrələr də əl ilə çəkilir bunun üçün əlbəttə
əvvəlcədən bir qədər
məşq etmək lazımdır.
Eskizlər adətən 11 ( A4) və 12 (A3) formatlı vərəqlərdə yerinə yetirilir.
miqyas gözəyarı seçilir, lakin ölçülərin nisbəti gözlənilməlidir. Əsas görünüşlərin
sayı müəyyən edildikdən sonra lazım gələrsə, əlavə görünüşlər də verilə bilər.
Kəsim və kəsiklər də məqsədəuyğun seçilməlidir. Eskizlərdə detalların
hazırlanması üçün bütün lazımi ölçülər qoyulmalıdır.
Hətta sətirlərin kələ -
kötürlülüyü də göstərilməlidir. Detalların materialı haqqında da məlumat olmalıdır.
Əsas detallardan birinin aksonometrik proyeksiyasının(
izometrik və ya
dimetrik) çəkilməsi də məqsədəuyğundur.
Hər detalın eskizi ayrıca formatda çəkilr və lazımi tərtibat verilir. Detalların
eskizləri əsasında onların işçi çertyijları tərtib edilir.
Yığma çertyojuna daxil olan detalların eskizləri işləndikdən və tam hazır
olduqdan sora onların əsasında yığılma çertyoju yerinə yetirilə bilər. Ən əvvəl
detalın hansı ölçülərə malik olduqları nəzərdən keçirilməlidir. Miqyas detalların
ölçüləri əsasında müəyyən edilir. və bunun əsasında da format seçilir.
Konstruksiyanın sadəliyindən və mürəkkəbliyindən asılı olaraq əsas
gğrünüşlərin sayı və əlavə görünüşlər müəyyən edilr. əsas və əlavə görünüşlərin
sayı elə olmalıdır ki, konstruksiyanın formasını aydınlaşdıra bilsin. Nəhayət
görünüşlərin sayı müəyyən edildikdən sonra, lazım olan kəsimlər və kəsiklər
aydınlaşdırılmalıdır. Kəsim və kəsiklər məqsədəuyğun seçilməli, ayrı – ayrı
detalların daxili quruluşunu və en kəsik formasını təyin etməyə imkan
verməlidir.görünüşlərin kəsim və kəsiklərin sayı imkan daxilində minimum
olmalıdır. Lakin bununla belə məmulatın konstruksiyası tam aydınlaşdırılmalıdır.
Əlbəttə, kəsim və kəsiklərdə ştrixləmə yerinə yetirilir. burada bir – birinə
qoşulan, yaxud başqa sözlə sərhəd detallar bir – birinin əks istiqamətində ştrixlənir,
ya da ştrixləmə xətləri bir – birinə nisbətən sürüşdürülür. Beləliklə detalların
eskizləri əsasında yığma çertyoju hazır olur. Bundan sonra detallar ( mövqelər )
nömrələnir və spesifikasiya tərtib olunur.
Dostları ilə paylaş: