Mövzu 9
.“
Rəqəmsal bacarıqlar” məktəb informatika kursunun xüsusiyyətləri, strukturu.
İnformatikanın tədrisi zamanı əsas dərs növləri..
"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində İnformatika fənninin tədrisi xüsusiyyətləri:
● Şəxsiyyətə yönəlmiş təlim
● Problem təlim
● 21-ci əsr bacarıqlarının formalaşdırılması
● Layihə təlimi
● Qrup işi
● Yuxarı siniflərdə təmayülləşmə
● Təlimdə İT platformanın istifadəsi
Təhsil nəticələri
— şagirdin dərslə bağlı problemlərini həll etməyə kömək edən bütün şəxsi
resurslarıdır.
Şəxsiyyətə yönəlmiş
təlim təhsilalanların bütün imkanları və bacarıqları nəzərə alınmaqla, onların
fərdi inkişafı üçün zəruri olan şəraitin yaradıldığı proses — təlimin təşkili üsuludur. Tədris
prosesində mərkəzi fiqur - şagirddir.
● Öyrənmə vektoru şagirddən onun inkişafına imkan yaradan metodların və alətlərin müəyyən
olunmasına yönəlib.
● Şagirdə məcburən deyil, könüllü, istəyinə əsasən oxumağa qadir olan şəxsiyyət kimi münasibət
bəsləməkdir.
● Tədris prosesində hər bir uşağın maraqlarına dəstək olmaqdır.
Problem təlim
şagirdin intellektual ziddiyyətlərlə qarşılaşdığı və onları müstəqil həll etməyə
çalışdığı təlim üsuludur.
Problemli vəziyyətin yaradılması fənnin dərindən və tez başa düşülməsini formalaşdırmağa
kömək edir:
○ Biz şagirdlərin əvvəlki biliklərini fəallaşdırırıq və yeni biliyin əvvəlki ilə əlaqəsini
formalaşdırırıq.
○ Biz yeni biliyi onun tətbiq ediləcəyi kontekstdə öyrədirik, deməli, bu biliyi praktikada istifadə
etmək və başqa kontekstə keçirmək daha sadə olacaq.
21-ci əsr bacarıqlarının formalaşdırılması
● yaradıcı düşüncənin formalaşması
● ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi
● tənqidi düşüncənin formalaşması
●
komandada işin öyrədilməsi
Layihə təlimi
Layihə — vaxt baxımından əvvəlli və sonu olan, verilmiş şəraitdə müəyyən nəticəyə (məqsədə)
nail olunmasına, müəyyən unikal məhsulun və ya xidmətin yaradılmasına yönəlmiş unikal
fəaliyyətdir.
● təhsilalanların layihə fəaliyyətində iştirakı zamanı biliklərini, qabiliyyətlərini, bacarıqlarını
formalaşdırır
● şagirdlərə öz şəxsi layihələrini yaratmağa imkan verir
● yaradıcılıq qabiliyyətini, ünsiyyət bacarıqlarını, komandada işləmək bacarığını və tənqidi
düşüncə bacarığını inkişaf etdirir
Qrup işi
● qarşıya qoyulmuş tapşırığın və ya problemin həllinin birgə axtarılması üçün şagirdlərin
qarşılıqlı əlaqəsini nəzərdə tutur
● ünsiyyət bacarıqlarını inkişaf
etdirir
● komandada iş təcrübəsini formalaşdırır
Dostları ilə paylaş: