Microsoft Word yeni vəSAİT. docx


Kommunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə15/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   11   12   13   14   15   16   17   18   ...   140
ADIAK-YENI VƏSAİT (1)

Kommunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər 
 
Tapşırıq:
Suallara cavab verin. 
 
1.
İşgüzar ünsiyyət nədir və onun əsas prinsipləri hansılardır?
2.
İşgüzar ünsiyyətin əsas vəzifələri haqqında danışın. 
3.
Birgə fəaliyyətdə hansı məcburi elementləri ayırd etmək olar? 
4.
İşgüzar ünsiyyətin qarşılıqlı təsirli olması üçün hansı komponentlər 
zəruridir? 
5.
Effektiv işgüzar ünsiyyətin hansı prinsipləri var? 
Tapşırıq. 
Verilmiş qaydalara əməl edərək, müxtəlif məzmunda elektron məktublar 
tərtib edin.
 
 
Nümunə: 
Məktubdakı məsələnin ifadə forması nəzakət çərivəsində və başadüşülən 
olmalıdır. Məktub işgüzar etiketə uyğun olaraq rəsmi müraciətlə başlamalı 
(məsələn, hörmətli Əhməd müəllim, cənab nazir və sair), nəzakət çərçivəsində 
bitməlidir (məsələn, hörmətlə, ...). 
Məktubda qeyri-dəqiq nəticələr çıxarmağa, çoxmənalığa imkan verən söz və 
ifadələrdən istifadə edilməməlidir. Məktubun mətni məna baxımından abzaslara 
bölünməlidir. Məktubun cavablandırılması ilə bağlı da etiketi gözləmək, ona 
mümkün qədər tez cavab vermək lazımdır. 
Yaxşı olar ki, məktub bir məsələyə həsr olunsun. Bu, məktubu alana imkan verir 
ki, onun məlumatlarını tez emal və icra etsin. Ona görə də əgər bir adresata 
(ünvana) bir neçə məsələ ilə bağlı müraciət etməlisinizsə, çalışın bir neçə məktub 
göndərin. Məktub yazarkən, 
“Bir məktub- bir məsələ” 
devizini unutmayın. Əgər 
məsələlər bir-birilə sıx əlaqəlidirsə, o zaman bir məktubda bir neçə məsələni 
birləşdirmək yolveriləndir. 
Məktub yazarkən diqqət yetirilməli ən başlıca məqam onun mümkün qədər qısa 
olmasıdır. Çalışın, məktub bir səhifədən artıq olmasın. Təbii ki, istisna hallar 
mümkündür. 6-7 sətirlik məktuba başlıq qoymağa ehtiyac yoxdur. Bu tip qısa 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
20 
məktublarda giriş verməyə ehtiyac yoxdur, birbaşa mətləbə keçin. Ancaq 
ümumilikdə məktublar giriş və sonluq olmaqla 2 hissə təşkil etsə, yaxşıdır. Giriş 
hissəsində məktubun yazılması səbəbləri göstərilir, nəyəsə istinad olunur və 
konkret faktlar gətirilir. Məktubun sonluğunda isə müəyyən nəticələr, təkliflər, 
xahiş sadalanır və ya təminat verilir. 
Tapşırıq. 
Gündəlik işgüzar üslub xüsusiyyətlərini özündə əks etdirən bildiriş, elan 
hazırlayın. Məzmun və məqsədinə, eləcə də əhatə dairəsinə görə bildiriş-elanlar 
müxtəlifdir. Bildiriş hər hansı bir tədbir (hadisə) haqqında müəyyən kollektivə və 
ya ictimayyətə əvvəlcədən verilən məlumat anlamındadır.
Bildiriş, elan yazılarkən aşağıdakı məqamlar diqqət mərkəzində saxlanmalıdır:
1.
Vərəqin ortasında böyük hərflə "Bildiriş" yazılır;
2.
Məlumatın mahiyyəti, məzmunu aydın və dəqiq olmalıdır;
3.
Ayın tarixi, saatı və il dəqiq qeyd edilməlidir;
4.
Tədbirin keçiriləcəyi yer, ünvan (ərazi, bina), lazım gələrsə təşkilatın 
yerləşdiyi otağın nömrəsi, varsa telefonu göstərilir;
5.
Məlumatın kim tərəfindən verildiyi bilinməlidir;
6.
Məlumatda hər hansı bir məsələ gizli saxlanıla bilər. Bildiriş respublika və 
ya şəhər miqyaslı olarsa qəzetdə, radio və televiziyada da verilə bilər.

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin