tapşırıqlar üzərində praktik işlər. Nitqin dialoji və monoloji formaları var. Nitqin dialoji formasına dioloji nitq də
demək olar. Dialoji nitq müəyyən situasiyada iki və daha artıq şəxs arasında bir-
birini izləyən, növbələşən canlı ünsiyyətdir, danışıqdır. Burada danışan şəxs ifadə
edəcəyi fikri əvvəlcə daxilən öz-özünə düşünür, sonra onu sözlə ifadə edir. Fikri
dinləyən, eşidən şəxs isə əvvəlcə dinləyir, sonra düşünür, düşündüklərini öz nitqi ilə
ifadə edir, yəni müsahibinə cavab verir. Monoloji nitqdən fərqli olaraq dialoji nitqdə
öncədən hazırlıq görülmür. Ona görə də dialoji nitqdə tərəflər daha fəal olurlar.
Ancaq onu da qeyd edək ki, nitqin situasiyasından, təşkili formasından asılı olaraq
dialoji nitqdə də hazırlıq görülə bilər.
Dialoji nitqin bütün formalarında iştirakçılar hadisəni təfərrüatı ilə danışır, olanlara
öz münasibətini bildirir. Dediklərinin daha inandırıcı olması üçün sübutlar, dəlillər
gətirirlər. Tərəflər qarşılıqlı söhbət zamanı müraciətlər, ara sözlər, ritorik suallar
vasitəsilə ümumi bir bütövlük, fikir vəhdəti yaradırlar. Qeyd etmək yerinə düşər ki,
dialoq zamanı leksik təkrarlara, cümlədə sözlərin sırasının pozulması, fikrin elliptik
qurulması, pauzalar, suala sualla cavabvermə və s. özünü göstərir. Nitqin bu
növündə jest, mimika, əl-qol hərəkəti və s. geniş istifadə olunur.
Dialoq iki və ya daha çox həmsöhbətin qarşılıqlı əlaqəsi üçün nəzərdə tutulur.
Məlumat mübadiləsi zamanı nitq tərəfdaşları rolları dəyişə bilir. Dialoq kortəbii (bir
qayda olaraq, əvvəlcədən planlaşdırıla bilməz), elliptik (ifadələr monoloqdan daha
qısa olur) olur.
İşgüzar ünsiyyətdə dialoq işgüzar qarşılıqlı əlaqənin ən geniş yayılmış yollarından
biridir.
Şifahi işgüzar ünsiyyətin dialoq növlərinə işgüzar söhbət, işgüzar danışıqlar, reportajlar, müzakirələr, görüşlər, mətbuat konfransları, beyin