Tapşırıq. Verilmiş nümunəyə uyğun maraqlı və aktual mövzularda çıxışlar
hazırlayın və təqdim edin.
Nümunə: İnsanlar qarşısında çıxış təcrübəli və ya təcrübəsiz bir çox insanın
qorxulu yuxusu hesab edilir. “Özümü doğru ifadə edə bilməsəm”,
“Utanıram”,”Hər hansı bir səhvim olarsa” kimi səbəbləri əsas gətirərək bir çox
adam topluluq qarşısında çıxışdan çəkinir. Ancaq bu qorxunuz professional
həyatınızda sizin bir addım geridə qalmanıza səbəb olmamalıdır. Karyera
pillələrində irəliləyən hər kəsin bir gün müəyyən sayda kütlə qarşısında çıxışı
qaçılmazdır. Hətta idarəçilər və rəhbər vəzifədə çalışanların müxtəlif təqdimatlarla
çıxışı iş həyatlarının olmazsa olmazı hesab edilir. Bəs ovuc içləri tərləmədən,
mimika və jestlərə sahib olaraq arzulanan çıxışla insanların qarşısına çıxmaq üçün
nələrə diqqət etmək lazımdır?
Þ
Çıxış zamanı istədiyiniz nəticəni əldə etmək üçün əvvəlcədən hazırlaşın. Mütəşəkkil olun, açar sözləri və çıxış mövzusunun başlıqlarını qeyd edərək mətn hazırlayın. Çıxış zamanı açar sözlərə baxaraq çıxışınızı həyata keçirməyə çalışın. Çıxışın bütününü hazırladığınız mətndən oxumaq isə həm sizdə stresə səbəb olacaq, həm də dinləyici tərəfindən müsbət qarşılanmayacaq bir amildir. Þ
Nitq zamanı “ııııı”, “eee” kimi səslər çıxarmaq gündəlik nitqdə ən çox təkrarlanan xətalar arasında yer alır. Əgər nitq zamanı davamlı olaraq bu kimi səhvlərə yol verirsinizsə nisbətən asta templə danışaraq bu problemi həll edə bilərsiniz. Burada önəmli olan bir sonraki sözün nə olacağını düşünmək üçün özünüzə qısa bir zaman fürsəti vermənizdir. Þ
Nitq zamananı müəyyən bir ritmə riayət etməyə çalışın. Mətn hazırlayarkən uzun cümlələr qurmaqdan çəkinin. Qısa və konkret cümlələr qurun, təsirli bir nitq üçün isə mətnin məğzini xüsusilə vurğulamağa çalışın.Yaxşı bir nitq üçün nəfəs alışınızı və nitq ritminizi uyğunlaşdırmanız da önəmlidir.
AzTU “Humanitar fənlər” kafedrası Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 31
Þ
Çıxışınızı güzgü qarşısında etməniz buraxdığınız səhvlərinizi görməyə imkan verəcək. Güzgü qarşısındaykən üz ifadənizə, duruşunuza, əl-qol hərəkətlərinizə diqqət edin.