AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
28
qrupların nümayəndələri ölkəmizin inkişafına öz töhfələrini verməkdədirlər.
Azərbaycan əhalisinin 96 faizini müsəlman, 4 faizini xristian, yəhudi və digər
dinlərin nümayəndələri təşkil edir. Respublikamızda 597 dini icma var, onlardan
21-i qeyri-müsəlman icmasıdır. Misal üçün, bütün dünyada dağ yəhudilərinin
yığcam halda yaşadığı yeganə yaşayış məntəqəsi Azərbaycanın Quba rayonunda
Qırmızı qəsəbədir.
Dövlət-din münasibətləri Azərbaycanda xüsusi yer tutur. Tolerantlıq ənənələrini
qoruyub saxlamaq dövlət siyasətinin əsas prioritetlərindən biridir. Ölkəmizdə
məscidlərin, katolik, pravoslav kilsələrin, sinaqoqların təmiri və tikintisini dövlət
öz üzərinə götürür və bu sahədə heç bir ayrı-seçkilik yoxdur. Mən əminəm ki, hər
bir insanın digər dinə hörməti öz dinindən başlayır və hər bir cəmiyyətin gücü
onun dini və milli müxtəlifliyindədir.
Təsadüfi deyil ki, son illər multikulturalizm, sivilizasiyalararası dialoq,
mədəniyyətlərarası dialoq mövzularına həsr olunmuş bir çox beynəlxalq tədbirlər
məhz Azərbaycanda, onun paytaxtı Bakıda keçirilir.
Hesab edirəm ki, müsbət meyillərin güclənməsi üçün dünyada belə görüşlər, açıq
müzakirələr və fikir mübadiləsinə ehtiyac böyükdür. Əfsuslar olsun ki, biz bir çox
hallarda bunun əksini görürük. Yaxın Şərqdə, Avropada, digər yerlərdə dini amil
əsasında müharibələr, münaqişələr, qanlı toqquşmalar baş verir. Bəzi hallarda
görürük ki, dini nifrət süni şəkildə yaradılır. Dünyanın müxtəlif yerlərində etnik və
dini zəmində zorakılığın şahidi oluruq. Bu ilin əvvəlində Parisdə baş verən faciəvi
hadisələri hamımız yaxşı xatırlayırıq. Əlbəttə, bu meyillər, dünyada gedən
proseslər bizim hamımızı narahat edir. Lakin bu gün yalnız narahat olmaq kifayət
deyil. Fikrimcə, siyasətçilərin, ictimai xadimlərin, beynəlxalq təşkilatların və
xüsusən də medianın bu məsələlərdə məsuliyyəti artmalıdır.
Ekstremizm və terrorçuluğa qətiyyətlə yox deməklə biz cəmiyyətlərimizdə
dözümlülük, sülhsevərlik, tolerantlıq dəyərlərinin təbliğinə geniş fikir verməliyik.
Multikulturalizmin alternativi yoxdur. Son zamanlar bununla bağlı müxtəlif
fikirlər, bəzən pessimist ideyalar səslənir. Amma bunun alternativi nədir? Ayrı-
seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillərdir ki,
bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub.
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
29
Dərin multikulturalizm köklərinə malik ölkə kimi Azərbaycan qlobal arenada bu
dəyərlərin təşviqi üçün vacib rolunu oynamağa hazırdır. Ölkəmiz müxtəlif dini,
mədəni və tarixi abidələrin qorunub saxlanılmasına da öz töhfəsini verir. 2012-ci
ildə Parisdə dünyanın ən böyük muzeyi olan Luvr muzeyində İslam mədəniyyəti
bölməsi açılmışdır. Azərbaycan bu bölmənin yaradılmasına öz töhfəsini vermişdir.
Bu, əslində bizim bütün İslam mədəniyyətinə verdiyimiz töhfədir.
Heydər Əliyev Fondunun dəstəyi ilə Romada müqəddəs katakombalar bərpa edilir.
Vatikan tarixində ilk dəfədir ki, müsəlman ölkəsində fəaliyyət göstərən təşkilat
Romada müqəddəs xristian abidələrinin bərpasına kömək edir. Paytaxt Bakıda
yaşayan yəhudi uşaqlar üçün Fondun dəstəyi ilə “Xabad-Or-Avner” təhsil mərkəzi
inşa edilib. Həmçinin Fond Azərbaycanda yerləşən katolik, pravoslav kilsələrin,
sinaqoqların təmirinə öz töhfəsini verir.
Məmnuniyyətlə qeyd etmək istərdim ki, Heydər Əliyev Fondu Fransada bir neçə
iri layihə həyata keçirib. 2005-ci ildə Fond Strasburq Kafedral Kilsəsinin bərpasına
maliyyə yardımı göstərib. Fond Fransanın müxtəlif regionlarında qədim kilsələrin
bərpasında iştirak edir. Aşağı Normandiya regionunda 20-yə yaxın katolik
kilsəsinin bərpasına Fond öz dəstəyini göstərib. Bütün bunlar sülh, dözümlülük,
humanizm dəyərlərinin təbliği və təşviqinə, xalqlararası və dinlərarası əlaqələrin
möhkəmlənməsinə xidmət edir.
Əfsuslar olsun ki, ölkəmiz və xalqımız müasir tarixdə etnik təmizləmə və
soyqırımı ilə üzləşib. Azərbaycan qonşu Ermənistan tərəfindən təcavüzə məruz
qalıb, torpaqlarımızın 20 faizi işğal altındadır, bir milyon soydaşımız qaçqın və
məcburi köçkün vəziyyətinə düşüb. Xocalı şəhərində bir gecə ərzində 613 dinc
vətəndaş - qadınlar, qocalar, uşaqlar vəhşicəsinə öldürülüb. Azərbaycanın işğal
olunmuş torpaqlarında 876 tarixi, mədəni və dini abidə mövcud idi və demək olar
ki, onların hamısı tamamilə məhv edilib.
Bütün bunlara baxmayaraq, biz çalışırıq ki, münaqişə sülh yolu ilə öz həllini
tapsın. İstəyirik ki, bölgədə regional əməkdaşlıq inkişaf etsin, millətlərarası
münasibətlər daha da yaxşılaşsın, dinlərarası dialoq genişlənsin. Azərbaycan
gələcəkdə də digər ölkələrlə bərabər, bu ümumbəşəri dəyərlərin qorunmasına öz
töhfəsini verməyə hazırdır.
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
30
Əziz dostlar, ümidvaram ki, bugünkü görüşümüz səmərəli keçəcək və bütün
müzakirələr ölkələrimiz, xalqlarımız və dinlər arasında dostluq münasibətlərinin
möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.
Dostları ilə paylaş: |