AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
41
5.
İşgüzar ünsiyyətin spesifik janrlarından olan yığıncaq, konfrans, debat,
müzakirə, mübahisə haqqında ümumi məlumat verin.
6.
Tədqiqatçılar
telefon danışıqları
zamanı hansı davranış qaydalarına riayət
etməyi məsləhət görürlər?
Tapşırıq:
Mübahisə hər kəsin mübahisəli bir məsələdə öz fikrini müdafiə etdiyi
şifahi bir yarışmadır. Qruplara bölünün və ixtisasınıza uyğun olan aktual bir
mövzuda mübahisə təşkil edin. Mübahisəyə xas olan əsas xüsusiyyətlərə diqqət
edin.
Tapşırıq:
Nümunəyə uyğun
işgüzar söhbətlər
təşkil edin.
Nümunə:
Söhbətin hazırlanması zamanı aşağıdakılara xüsusi diqqət yetirilməlidir:
ü
həmsöhbətə verilməli olan suallar üzərində düşünmək;
ü
istədiyiniz son nəticəni müəyyənləşdirmək;
ü
söhbətin cədvəlini və yerini müəyyənləşdirmək;
ü
strategiyasını və taktikasını müəyyənləşdirmək.
Digər tərəfdən, hədəflərinizə çatmaq üçün, söhbət əsnasında edə bilməzsiniz:
ü
həmsöhbətin nitqini kəsmək;
ü
özünüzlə ortağınız arasındakı fərqi vurğulamaq;
ü
söhbətin tempini kəskin sürətləndirmək;
ü
tərəfdaşın həyəcanlandığına diqqət yetirmədən, məsələni müzakirə
etməyə çalışmaq;
ü
söhbət zamanı tərəfdaşın ruhi vəziyyətini başa düşmək istəməmək.
Dostları ilə paylaş: