AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
115
ü
Düzgünlük.
CV nə qədər həqiqətsə, hər hansı bir reklamın nə qədər həqiqət
olduğunu göstərir. Ona görə ki, bir CV sizin şəxsi reklamınızdır. Əlbəttə ki,
işəgötürəni aldatmamalı olduğunuzu nəzərə alaraq, unutmayın ki, işəgötürən
sizdən şəxsən qısa müddət ərzində əldə edə biləcəyiniz xüsusi bir bacarıq
gözləyirsə, həmin bacarıq tez-gec üzə çıxacaqdır. Digər tərəfdən, iş
tərcümeyi-halınızdan arzuolunmaz, xoşagəlməz faktlar bəzən CV-dən silinə
bilər.
ü
Dəqiqlik.
Təhsil və iş illərini dəqiq göstərmək lazımdır. Təhsil aldığınız və
işlədiyiniz institutların adını tam olaraq qeyd edin. İxtisasınızı, aldığınız
diplomları, sertifikatları və s. düzgün göstərin.
ü
Pozitivlik.
Xülasə mətnində mənfi və ya
mənfi mənada olan sözlərdən
çəkinmək lazımdır: yazılmamışdı, iştirak etməzdim, istəməzdim,
təcrübəm
yoxdur, müştəri şikayətlərini həll etmək və s.
ü
Enerji.
İşəgötürən və ya kadr meneceri ilə fərdi görüşdə enerjiniz danışma
sürəti və həcmi, əl tutması və s. ilə göstəriləcəkdir. Enerjinizlə əlaqədar olanı
yazılı nitqinizdə seçdiyiniz cümlələrin quruluşunun düzgünlüyü və kəskinliyi
bildirəcəkdir.
ü
Dostları ilə paylaş: