Sağlam dişlər üçün daha çox nələrə
diqqət yetirilməlidir?
İ.M.:
Sağlam məhsullarla qidalan-
ma və dişləri gündə iki dəfə düzgün
fırçalamaqla sağlam dişlərə nail olmaq
olar. Sağlam qidalanma dedikdə, mey-
və-tərəvəzlə bol qidalanma, qidalan-
madan sonra ağızın yaxşı yaxalanması
nəzərdə tutulur. Fırçalama gündə iki
dəfə aparılmalıdır. Fırçanın doğru se-
çilməsi və fırçalama qaydasının düzgün
həyata keçirilməsi çox vacibdir. Diş və
dişəti xəstəlikləri əksər hallarda diş-
arası nahiyələrdə əmələ gəlir. Çünki bu
nahiyələr adi diş fırçası ilə təmizlənmir.
Buna görə dişarası sahələr xüsusi diş-
arası fırçalarla təmizlənməlidir.
Dostları ilə paylaş: |