Süni mayalanmada beynəlxalq stan-
dartlar və tövsiyələr nədən ibarətdir?
Şirkətiniz həmin standartlara nə dərə-
cədə önəm verir?
Klinikamızda bütün avadanlıqlar
Avropa ölkələrindən gətirilir. Süni ma-
yalanmada istifadə etdiyimiz dərman-
lar da Avropa ölkələrinə məxsusdur.
Bəzi ləvazimatlar, dərmanlar isə Ame-
rikadan gəlir. Yəni buradakı standart-
lar Amerika və Avropa standartlarıdır.
Beləliklə, deyə bilərik ki, bizim klinika-
nın Avropadan, Amerikadan geri qalan
bir tərəfi yoxdur. Avadanlıq, dərman,
bilik və təcrübə sarıdan qeyd etdiyiniz
standartlara cavab veririk. Hər il Ame-
rikada, Avropada və Türkiyədə süni
mayalanma ilə bağlı seminarlara qatı-
lırıq. Bu sahədə baş verən hər bir ye-
niliyi seminarlar vasitəsilə öyrənir və
işimizdə tətbiq edirik.
Dostları ilə paylaş: |