Jurnalımızın növbəti buraxılışı səhiyyə



Yüklə 13,49 Mb.
Pdf görüntüsü
səhifə75/91
tarix02.01.2022
ölçüsü13,49 Mb.
#1002
1   ...   71   72   73   74   75   76   77   78   ...   91
ALLAH RƏHMƏT ELƏSİN!

say 25 | 



EcoVision

59



maraqlı

Ofis


Düzgün oturacaq

Yaşıl bitkilər

İşıqlandırma

Aromaterapiya



ƏGƏR SİZ ÇALIŞIRSINIZSA VƏ GÜNÜ-

NÜZÜN ÜÇDƏ BİRİNİ OFİSDƏ KEÇİRİR-

SİNİZSƏ, İŞ MÜHİTİNİZ EVİNİZDƏKİ 

QƏDƏR ƏHƏMİYYƏTLİDİR. ÇALIŞ-

DIĞIMIZ BİNADA BİZƏ TƏSİR EDƏN 

PROBLEMLƏRİ BİLMƏYİMİZ MÜDAFİƏ 

TƏDBİRLƏRİ GÖRMƏYİMİZİ TƏMİN 

EDİR, MÜDAFİƏEDİCİ VƏ İLHAMVERİ-

Cİ MÜHİT YARATMAĞIMIZA YARDIM 

GÖSTƏRİR. 

ÖZ SAĞLAMLIĞINIZ VƏ SAĞLAM İŞ 

MÜHİTİ ÜÇÜN FAYDALI MƏSLƏHƏTLƏRİ 

TƏQDİM EDİRİK:

işində çalışanların sağlamlığı üçün məsləhətlər

Əyləşdiyiniz kürsü rahat, qolları və hün-

dürlüyü  tənzimlənən  olsun.  Kompüterdə 

yazarkən  qollarınızın  bucağı  90  dərəcə  ol-

sun.  Kompüterə  çatmaq  üçün  gərilmək  la-

zım olarsa, o zaman kürək və çiyin bölgənizə 

stress  yüklərsiniz.  Bu  cür  kürsülər  bahalı 

olsa da, uzunmüddətli rahatlıq və məhsuldar 

zaman keçirməyinizi təmin etmiş olar.

Bitkilər  yalnız  mühiti  gözəlləşdirmək 

üçün  deyil,  həm  də  oksigen  və  nəmişliyin 

nisbətini artırır, havanı təmizləyir. Aparılan 

araşdırmada  maraqlı  nəticələr  əldə  edilib. 

İki il davam edən bir araşdırma nəticəsində 

məlum olmuşdur ki, saxsı qablarda istifadə 

etdiyimiz  bir  çox  çiçəklər  havanı  kirlədən 

kimyəvi maddələri zərərsizləşdirir. Ən kiçik 

saxsı çiçəklərindən olan sarmaşığın havada-

kı toksinlərin təmizlənməsində böyük rolu 

var.  Ofisinizdə  bir  çox  bitkilər  becərməklə  

təmiz hava kokteyli hazırlaya bilərsiniz. 

Araşdırmalara görə, gün işığı məhsul-

darlığı  artırır,  yorğunluğu  və  stresi  azal-

dır. Uzun illər ərzində aparılan tədqiqat-

lara  əsasən,  tam  spektrli  işıqlandırma 

yalnız canlı rəngləri deyil, eyni zamanda 

göz  yorğunluğunu  da  aradan  qaldırır, 

stress səviyyəsini azaldır və gözbatmala-

rını yox edir. 

Aromaterapiya əhvalınıza müsbət təsir 

edir. Stresi azaltmağa və yaxud müvəqqəti 

olaraq  aradan  qaldırmağa  yardımçı  olur. 

Ofisdə lavanda yağından istifadənin kom-

püter səhvlərini ən azı 25 faiz nisbətində 

azaltdığı deyilir. Ofisinizdə bu qarışığı is-

tifadə etməyin sizə müsbət təsiri olacaq: 

2 damla limon, portağal və ya berqamot; 

2 damla qreypfrut, 1 damla ilanq, gül və 

ya portağal çiçəyi. Yağlarınızı tünd rəngli 

şüşəyə qoyun və şüşəni əllərinizin arasın-

da yuvarladaraq yaxşıca qarışdırın. 

60

say 25 | 



EcoVision


maraqlı 

Havanın keyfiyyəti

Musiqi

Fasilə 


Rənglər

Elektromaqnetik sahələrdən qorunma 

Bağlı məkanlarda havanın keyfiyyəti ən 

əhəmiyyətli ekoloji sağlamlıq problemlə-

rindən biridir. Aparılan araşdırmaya görə, 

otağı ionlu etmək havadakı çirklənmənin 

52 faiz azalmasına səbəb olur və havada 

bakteriyaların 95 faizini yox edir. Ofisinizə 

mənfi ion hava filtri ala bilərsiniz. 

Bununla  yanaşı,  ofisinizin  havalandırıl-

masına da davamlı olaraq fikir verməlisiniz.  

Musiqi  romantik  və  fiziki  sağlamlığa, 

ictimai  funksionallığa,  ünsiyyət  bacarıqla-

rına və zehni qabiliyyətə təsir edir. Musiqi 

ofisdəki stress səviyyəsinə də müsbət təsir 

göstərir.  Həzin  musiqilər  ofis  mühiti  üçün 

daha uyğundur. 

Ən diqqətli insanların belə gündə 2 dəfə fa-

siləyə ehtiyacı var. Stresi aradan qaldırmağın 

və yenidən enerji toplamağın ən yaxşı yolla-

rından biri çölə çıxaraq 10 dəqiqə gəzməkdir. 

Ətrafınıza diqqət yetirin  və dərin nəfəs alın. 

Bu, enerjinizi yeniləmək və eyni zamanda D 

vitamini almaq imkanı yaradır. Tək gəzməyə 

və zehninizi boşaltmağa çalışın. 

Rənglər  nəinki  xəstəliklərdən,  insanın 

xüsusiyyətlərindən xəbər verir, eyni zaman-

da  xəstəlikləri  sağalda  da  bilir.  Bunu  hələ 

qədim  dövrlərdən  aşkar  ediblər.  Məsələn, 

Qədim Misirdə məbədlərdə xəstələri yaxşı-

laşdırmaq məqsədilə hər otağı başqa rəngə 

boyayıblar.  Çinlilər  də  2000  il  əvvəl  rəng 

müalicəsindən  istifadə  ediblər.  Rənglərin 

əhəmiyyəti araşdırılaraq satış, ev dekorasi-

yası, iş mühiti, sənaye, bitki yetişdirilməsi, 

qidalanma,  fizika,  psixologiya,  sosiologiya 

və  sənətdə  istifadə  edilir.  Əslinə  baxsaq, 

rəng  həyatımızın  bir  hissəsidir.  Rənglər-

dən ofislərdə də faydalanmaq olar: narıncı 

– yaradıcılığı hərəkətə keçirir, sarı – zehni 

sıxlaşdırır  və  motivasiyanı  artırır,  qırmızı 

– enerji verir, mavi – sakitləşdirir, fiziki və 

mental gərginliyi aradan qaldırır. 

Elektromaqnetik  sahələrdən  gələn 

zərərli enerji yüksək gərginlikli kabellər, 

elektrik  cərəyanı,  kompüterlər,  cib  tele-

fonları, televizorlar və digər elektrik alət-

lərindən yayılır. Bu zərərli enerjilər men-

tal  və  fiziki  sağlamlıq  üçün  təhlükəlidir. 

Bir insan elektromaqnit tezlik olan yerdə 

yatarsa və ya çalışarsa, bu enerjilər yor-

ğunluq, gərginlik və xəstəliyə səbəb olan 

stress mənbəyi yaradır.

Elektromaqnetik  sahədən  qorunmaq 

üçün ofisdə kaktus kimi təbii vasitələrdən 

istifadə edə bilərsiniz.

61

say 25 | 



EcoVision


Beynəlxalq 

sərgilər


“INDIA PHARMA-2016” və 

“INDIA MEDICAL EXPO-2016” 

adlı səhiyyə sərgiləri təşkil 

olunacaq


Nyu Dehli şəhərində 2-ci 

Beynəlxalq Xidmətlər Sərgisi 

keçiriləcək

“Qara Dəniz 2016” sərgisi 

keçiriləcək

26-cı Vyetnam Beynəlxalq 

Ticarət Sərgisi təşkil olunacaq

7-9 yanvar 2016-cı ildə Hindistanın Banqalor şəhə-

rində  “INDIA  PHARMA-2016”  və  “INDIA  MEDICAL 

EXPO-2016” adlı səhiyyə sərgiləri təşkil olunacaq.

Azərbaycanda  fəaliyyət  göstərən  sahibkarlar  və  iş-

güzar dairələr tədbirlərdə iştiraka dəvət olunur. Sər-

gilər haqqında daha ətraflı məlumat əldə etmək üçün 

aşağıdakı link və ünvana müraciət edə bilərsiniz:




Yüklə 13,49 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin