“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 42,94 Mb.
Pdf görüntüsü
səhifə112/125
tarix02.01.2022
ölçüsü42,94 Mb.
#1003
1   ...   108   109   110   111   112   113   114   115   ...   125
Vegetarianlıq tarixindən

Lev Tolstoy heyvanlara rəhmi gəldiyinə görə

vegetarian olmuşdur, Adolf Hitler isə yüz yaşınacan

yaşamaq istəyirdi. Bu gün bitki qidasından istifadə dəb

halına gəlib, bununla belə, yeni vegetarianlar nəinki

özləri ətdən imtina edir, həmçinin ətyeyənlərlə fəal

mübarizə aparır. Elmi-statistikaya əsasən hal-hazırda

dünyada milyarda yaxın vegetarian yaşayır. Bəzi



Vegetarianlıq fәlsәfәsi


ölkələrdə onlardan çox, bəzilərində isə azdır. Bitki əsaslı

pəhriz saxlayan insanların sayına görə absolyut rekord

Hindistana məxsusdur, burada vegetarianlar əhalinin

80% -ni təşkil edir. Lakin bu təəccüblü də deyil.

Əksəriyyət hindlilər üçün inək indiyə kimi müqəddəs

heyvan sayılır və onu kəsib bifşteks hazırlamaq ən

böyük günahdır. Əhali çoxluğu olan Çində də ətə deyil,

ənənəvi olan düyüyə və tərəvəzə üstünlük verilir. Yapon

mətbəxində heyvan mənşəli qidalar keçmiş zamanlardan

etibarən əsla donuz və mal əti ilə deyil, dəniz məhsulları

ilə təqdim olunur. Lakin Amerika və Avropada

vegetarianlıq nisbətən son dövrdə yaranıb və onun

pərəstişkarları hələ ki azlıq təşkil edir,  cəmi 5 %. 

Bitki mənşəli qidaların “missionerləri” öldürülməyə

məruz qalmış heyvanların və quşların həyatından

dəhşətli təsvirlər olan ədəbiyyatı geniş yayır,

“Makdonalds”ları hamburgerləri ilə birgə boykot edirlər.

“Qrinpis”ə dəstək olaraq, heyvanlar üzərində təcrübə

aparmağa qarşı protest edirlər. 

XX əsrin əvvəlində məşhur yazıcı Frans Kafka

akvariumda balıqlara diqqətlə baxaraq nə isə deyir:

“İndi mən sizə sakitcə baxa bilərəm, mən daha sizi

yemərəm”. “Qəsr” və “Məhkəmə”nin müəllifi heç

bilməzdi ki, onun bu təsadüfi ifadəsi vegetarianların

“mən heç kimi yemərəm” şüarına çevrilərək tarixə

düşəcək.


Vegan adlanan ciddi vegetarianlar, həqiqətən heç

kimi yemir. Onların fikrincə, qaçan, uçan və üzən hər şey

insana qida kimi xidmət etməməlidir. Bəzi vegetarianlar,

hətta bal da yemir, çünki o “arıların istismarından

yaranan məhsuldur”.


Yüklə 42,94 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin