“HƏR 100 NƏFƏRƏ 110 MOBİL ABUNƏÇİ DÜŞÜR”
O bildirib ki, missiya zamanı əsasən cənub bölgəsinə xas olan erkən, məc-
buri və qeyri-rəsmi evliliklərin sayının artması narahatçılıq doğuran məsələ
kimi davamlı olaraq vurğulanıb: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Döv-
lət Komitəsinin məlumatlarına görə, 2013-cü ildə 5000-dən çox qız uşağı er-
kən evliliklərin qurbanı olub. 2012-ci ildə isə bu rəqəm təxminən 4000 idi. Er-
kən evliliklərin hər bir fərd üçün müxtəlif səviyyələrdə, o cümlədən fiziki və
mənəvi, təhsil yönümlü, sosial-iqtisadi, eləcə də qızların reproduktiv sağlam-
lıq baxımından ciddi ziyanları var.
Qadınlara qarşı Zorakılığın Bütün Növlərinin Ləğvi (CEDAW) üzrə
Komitənin 2009-cu ildəki yekun müşahidələrində vurğulandığı kimi, bu cür
evliliklərin qarşısının alınması, həmçinin bütün evliliklərin düzgün hüquqi
qeydiyyatının təmin edilməsi üçün dövlət inkişaf etdirici tədbirləri, o
cümlədən davamlı maarifləndirmə kampaniyalarını davam etdirməli,
icmalarla və dini qurumlarla müvafiq işlər aparmalıdır”.
Bu barədə Azərbaycanda 10 günlük missiya həyata keçirən BMT-nin qadınlara qarşı zorakılıq, onun
səbəb nə nəticələri mövzusunda çalışan Xüsusi Məruzəçisi Raşida Mancu keçirdiyi mətbuat konfransın-
da məlumat verib
Dostları ilə paylaş: |