324
Dekabr 2013
41
Bu fikirlər rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun
“Bakutel-2013” 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və
İnformasiya Texnologiyaları Sərgi və Konfransının iştirakçılarına
müraciətində öz əksini tapıb.
Nazir bildirib ki, ölkə əhalisi rəqəmli televiziya yayımı ilə əhatə olunub.
“Elektron hökumət” həllərinin tətbiqi, vətəndaşlara təqdim olunan elektron
xidmətlərin sayı və bu xidmətlərdən istifadə səviyyəsi artır. Kənd yaşayış
məntəqələri də daxil olmaqla, bütün ölkə ərazisini əhatə edən fiber-optik
infrastrukturun qurulması və “evlərə optika” prinsipi ilə yüksəksürətli
genişzolaqlı internet xidmətlərindən istifadə imkanı yaradan layihənin
həyata keçirilməsinə hazırlıq aparılır”.
Ə. Abbasovun fikrincə, Azərbaycan İKT-nin inkişaf səviyyəsinə görə
inkişaf etmiş ölkələrlə inkişafda olan ölkələr arasında yer alır: “Beynəlxalq
Telekommunikasiya İttifaqının qiymətləndirməsinə əsasən, Azərbaycan son 10 ildə İKT sahəsində dünya üzrə dinamik
inkişaf edən ilk 10 ölkə sırasındadır. Dünya İqtisadi Forumunun 2013-cü il hesabatında Azərbaycan şəbəkə hazırlığı
indeksinə görə 144 ölkə arasında 56-cı, internet istifadəçilərinin sayına görə isə Müstəqil Dövlətlər Birliyi və Mərkəzi
Asiya ölkələri arasında 1-ci yeri tutub”.
“Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir: əhalinin 70 %-i internet
istifadəçisidir, 50 %-i isə genişzolaqlı xidmətlərdən istifadə edir, mobil rabitədə hər 100
nəfərə 110 mobil abunəçi düşür, “3G” və “4G” texnologiyaları tətbiq edilir”