Noyabrın 15-də Ukrayna Milli İnformasiya Agentliyinin
(Ukrinform) mətbuat mərkəzində Ukrayna Millətlər Assambleyasının
təqdimat mərasimi olmuşdur.
Assambleyanı diasporumuzun liderlərindən biri olan Rövşən
Tağıyev, Ukrayna Yəhudi Forumunun prezidenti Arkadi Monastırski,
“Tuqan Tel tatar evi” Ümumukrayna İctimai Təşkilatının (ÜİT)
prezidenti Pyotr Şarafuddinov, Ukrayna Ural Xalqları İttifaqının
prezidenti Nadejda Yesimiş, “Çiriklı” Qaraçı Qadınlar Fondunun
başçısı Yuliya Kondur, “Nasizmsiz Amerika” təşkilatının (ABŞ)
prezidenti Leonid Bard və Ukraynanın birinci prezidenti Leonid
Kravçuk təşkil etmişlər.
Tədbirdə Assambleyanın sədri, təsis şurası təsdiq edilmiş,
fəaliyyətin əsas istiqamətlərinə dair qərarlar qəbul olunmuş, ölkədə
yaşayan millətlərə aid məsələlər müzakirə edilmiş, onların inkişaf
konsepsiyaları müəyyənləşdirilmişdir.
Bu yaxınlarda işə başlamış “Ukrayna Millətlər Assambleyası”
Ümumukrayna Təşkilatı ölkə daxilində müxtəlif etnoslar arasında
dostluq və həmrəyliyi möhkəmləndirmək, habelə onların hüquq və mənafelərini qorumaq vəzifəsini öhdəsinə
götürür.
Bu barədə Ukrayna Millətlər Assambleyasının sədri seçilmiş Rövşən Tağıyev Ukrinformda keçirilmiş
mətbuat konfransında məlumat vermişdir.
Onun sözlərinə görə, yeni təşkilat milli azlıqların müdafiəsi ilə əlaqədar qüvvədə olan qanunvericiliyə
müəyyən dəyişikliklər edilməsi barədə kollegial təklifləri Ukrayna Parlamentinin və hökumətinin müzakirəsinə
çıxarmaq niyyətindədir. Assambleya beynəlxalq birliklərlə əməkdaşlıq yollarını da axtarıb tapacaqdır.
Tədbirdə Ukrayna Prezidenti Administrasiyasının rəsmi şəxsləri, Ali Radanın deputatları, Azərbaycan
Səfirliyinin birinci katibi Sübhan Hüseynli, Ukrayna Xarici İşlər Nazirliyinin, Kiyevdə akkreditə olunmuş
diplomatik korpusun nümayəndələri, Ukraynanın və xarici ölkələrin jurnalistləri iştirak etmişlər.
324 Dekabr 2013
42
HƏMVƏTƏNLƏRİMİZ DÜNYADA
HƏMVƏTƏNLƏRİMİZ
DÜNYADA
Noyabrın 18-də Riqada, Qarabaşlılar Evində Latvi-
yanın 95 illiyi şərəfinə ölkənin ali dövlət mükafatlarının
təqdim olunması mərasimi keçirilmişdir. Latviya Prezi-
denti Andris Berzinş görkəmli ictimai-siyasi xadimlərə
ordenlər təqdim etmişdir.
Latviya Prezidenti yanında Milli Azlıqların
Məsələləri üzrə Şuranın sədri, Riqa Klassik Gimnaziya-
sının direktoru, “Ocaq” Azərbaycan Mədəniyyəti Mər-
kəzinin başçısı Roman Əliyev bu ölkə qarşısında xid-
mətlərinə görə IV dərəcəli Latviya ordeninə layiq gö-
rülmüşdür.
Dostları ilə paylaş: