Açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsi məktəbdən, yeməkxanadan, yardımçı təsərrüfat
yerlərindən, böyük həyətyanı sahədən ibarətdir.
Uşaqların təhsil aldıqları məktəb öz quruluşuna görə adi ümümtəhsil məktəblərindən, demək olar
Burada dərsləri keçmək üçün ayrı-ayrı fənn otaqları nəzərdə tutulub. Məktəbdəki sinif
otaqlarının vəziyyətini qənaətbəxş hesab etmək olar.
Bu amilin qanuna uyğun olmaması ilə razı olan müəssisə rəhbəri bildirdi ki, tərbiyə müəssisəsinin nə maddi-texniki bazası, nə
də ki, tərbiyə-təhsil bazası buraya yuxarı yaş həddində olan yetkinlik yaşına çatmayan uşaqların yerləşdirməsinə imkan yaratmır.
Yalnız uşağın təhsil pilləsini başa çatdırmaq lazım olduqda o, 14 yaşından sonra da burada saxlanılır. Göstərilən halı müəssisə
rəhbəri, həmçinin, onunla da izah etdi ki, azyaşlıların 17-18 yaşlı yeniyetmələrlə birgə tərbiyə olunması psixoloji və pedaqoji
“Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamə”, Mad. 3.3.
“Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamə”, Mad. 3.3: “Psixoloji-tibbi-pedoqoji
komissiya hər 6 aydan bir reabilitasiya prosesinin dinamikasını nəzərdən keçirir və şagirdlərlə iş üzrə fərdi plana düzəlişlər edir.
Müsbət nəticələr olarsa, müəssisənin müdiriyyəti müəssisənin yerləşdiyi ərazi üzrə Yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə Komissiyaya şagirdin müəssisədən vaxtından əvvəl buraxılması barədə təkliflə müraciət edir.
Şagirdin qapalı tipli müəssisədən buraxılması müəssisənin müdiriyyətinin rəyi əsasında həmin müəssisənin yerləşdiyi yerin
28
Bəzi otaqlarda televizor var. Monitorinq aparılan zaman, isitmə sistemi işləmədiyindən, sinif
otaqları soyuq idi. Müəssisənin müdiri belə vəziyyəti aparılan təmir işləri ilə əlaqələndirib və
ümumiyyətlə müəssisədə istilik sisteminin yaxşı işlədiyini bildirib. Lakin qeyd etmək lazımdır
ki, məktəbin dəhlizlərində ümumiyyətlə isitmə sistemi yoxdur və bu səbəbdən dəhlizlər
həddindən artıq soyuqdur.
Uşaqlar üçün nəzərdə tutulmuş gəzinti meydançaları (burada futbol, voleybol və s. oyunlar
oynamaq üçün şərait var) və binaların həyətyanı sahələrindəki şərait, onların təmizliyi mövcud
tələblərə cavab verir.
Müəssisədə uşaqların istifadəsi üçün ayrılmış kitabaxana mövcuddur. Kitabxana, demək olar ki,
yetərli ədəbiyyat bazasına malikdir. Burada azərbaycan və xarici ədəbiyyat nümunələri var.
Kitabxanada kitablar azərbaycan və rus dillərindədir. Azərbaycan dilində olan kitablar həm latın,
həm də kiril əlifbası ilə nəşr edilmiş kitablardır.
Müəssisənin ərzaq və məişət məmulatlarının saxlanılması üçün nəzərdə tutulmuş yardımçı
təsərrüfat yerləri də var ki, burada ən zəruri ərzaq və məişət məhsulları saxlanılır.
Müəssisənin uşaqlar üçün nəzərdə tutulmuş hamamında daimi isti və soyuq su olsa da, təmirə
böyük ehtiyacı var. Lakin monitorinq keçirilən vaxt müəssisədə, ümumi hamamdan başqa,
tərbiyə olunanların bir-birindən təcrid olunmuş şəkildə yuyunmasını təşkil etmək üçün xüsusi
kabinələri olan hamamın tikintisi, demək olar ki, yekunlaşmaq üzrə idi.
Qeyd etmək lazımdır ki, “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi haqda” Nümunəvi
Əsasnamənin 2.2-ci bəndinə əsasən, bu müəssisələrdə hər 1-3 tərbiyə olunan üçün yataq otaqları
olmalıdır
40
. Monitorinq aparılarkən müəyyən olunub ki, tərbiyə alanlar üçün məktəbin idman
zalında 50-60 çarpayı yerləşdirilib. Müdiriyyətin sözlərinə görə, bu, binada aparılan təmirlə
bağlıdır. Məktəbdə həmçinin 24 çarpayıdan ibarət olan yataq otağı da var. Otağın havası, sahəsi
kiçik, çarpayıların sayı isə çox olduğundan, ağırdır. Yataq dəstlərinin vəziyyətini qənaətbəxş
hesab etmək olar.
Müəssisə rəhbərliyinin məlumatına görə, ozünü davamlı şəkildə pis aparan və ya barəsində tətbiq
edilən reabilitasiya tədbirləri nəticə verməyən uşaqlar Quba rayon texniki-peşə məktəbinə
göndərilir. Hansı reabilitasiya tədbirlərinin tətbiq edildiyi barədə verilən suala müəssisə rəhbəri
cavab verə bilmədi.
Barələrində intizam tədbirlərinin tətbiq edilməsi haqda verilən suala cavab olaraq, uşaqlar tənbeh
edildiklərini bildiriblər. Onlar tənbeh tədbiri kimi qulaqlarının burulduğunu, üzlərinə şillə
vurulduğunu, habelə asudə vaxtlarının məhdudlaşdırıldığını qeyd ediblər.
Monitorinq zamanı monitorinq qrupunun üzvləri məktəbin müəllimi tərəfindən uşağa şillə
vurulduğunun şahidi olub və bu barədə müəssisə rəhbərinə məlumat veriblər. Müəssisə rəhbəri
buna inanmadığını və bu cür halların ümumiyyətlə mövcud olmadığını bildirsə də, bu hadisəni
araşdıracağına söz verib.
Monitorinq zamanı həmçinin aşkar olunub ki, müəssisə hər bir uşağın ehtiyacı və problemlərinə
uyğun olaraq onların sosial və psixoloji reabilitasiyası, cəmiyyətə və ailəyə inteqrasiyasına
yönəlmiş xüsusi proqram və ya fəaliyyət planına malik deyil. Uşaqlarla söhbətdən məlum olub
ki, onlar bu planların mövcudluğundan məlumatsızdır
41
.
40
“Açıq və qapalı tipli xüsusi təlim- tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamə”, Mad. 2.2: “Müəssisə... 1-3 nəfər üçün
nəzərdə tutulmuş yataq otaqlarına, müəyyən edilmiş normalara müvafiq olaraq ayrı-ayrı kabinetləri olan sanitariya qovşaqlarına”.
41
“Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamə”, Mad. 1.7: “Yetkinlik yaşına
çatmayanların müəssisədə saxlanılması, təhsili və tərbiyəsi qaydası onların yaşı, cinsi, habelə psixoloji vəziyyəti və səhhəti