Pis qoxunun olmaması, təmizlik və həyətdə çoxsaylı su kranlarının olması müşahidə edilib.
Müəssisənin vəziyyətini ümumilikdə qənaətbəxş hesab etmək olar. Burada mütamadi isti suyu
2.10 maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar böyüklərdən ayrı saxlanmalıdır. Bu həmçinin “Azadlıqdan məhrumedilmiş
yetkinlik yaşına çatmayanların müdafiəsinə dair BMT-nin qaydalarında da təsbit edilib.
Mad.2.2, “Həbsdə saxlanılma yerlərində şəxslərin saxlanılmasına dair Müvəqqəti Əsasnamə”.
35
kitabxana, ibadət otağı, müalicə mərkəzi, gözəllik salonu, ana-uşaq otaqları, televizorla təchiz
olunmuş istirahət otağı təşkil olunub.
İstirahət və əyləncə imkanları masaüstü oyunlar oynamaq, kitab oxumaq və gün ərzində təyin
olunmuş müvafiq saatlarda ümumi otaqlarda televizora baxmaqdan ibarətdir. Məhkumlar 25-30
çarpayı və tumbalar ilə təchiz olunmuş yataqxanalarda yaşayırlar. Müəssisənin geniş həyətyanı
sahəsində məhkumlar məhdudiyyətsiz gəzmək hüququna malikdir.
Təcridxanadakı sanitar-gigiyenik vəziyyəti ümumilikdə qənaətbəxş hesab etmək olar. Burada
saxlanılanların gündəlik yuyunması üçün gigiyena otağı və qışda həftədə 1 dəfə, yayda isə
həftədə 2 dəfə çimmək üçün hamam vardır. Onların təmirə ehtiyacı olsa da, su kranlarından isti
və soyuq su gəlirdi. Buradakı gözəllik otağında qadınlar ən zəruri qulluq prosedurlarını həyata
keçirirlər. Müvafiq ləvazimatları qadınlara yaxınları gətirir.
Müəssisənin ərzaq və məişət məmulatlarının saxlanılması üçün nəzərdə tutulmuş yardımçı
təsərrüfat yerləri vardır ki, burada ən zəruri ərzaq və məişət məhsulları saxlanılır.
Müəssisədə monitorinq aparılan zaman anaları ilə 6 nəfər 3 yaşına qədər uşaq yaşayırdı.
Uşaqların saxlanılması üçün nəzərdə tutulmuş otağın genişləndirilməsinə ehtiyac var.
Müəssisədə yetkinlik yaşına çatmayanlar və ümumilikdə məhkumlar üçün təhsil almaq (peşə
təlimi istisna olmaqla) imkanları nəzərdə tutulmayıb. Yetkinlik yaşına çatmayan qız uşağının
cəzaçəkmə müəssisəsinə göndərildiyi halda onun təhsil alması ilə bağlı suala cavab alınmayıb.
Məhkumların reabilitasiyası yalnız peşə təlimindən ibarətdir. Xüsusi fərdi reabilitasiya
proqramları hazırlanmır və həyata keçirilmir. Onu da qeyd etmək lazımdır ki, yaxın
zamanlarda
cəzaçəkmə müəssisəsini tərk edəcək qadınlara psixoloji yardımım göstərilməsi üçün müəssisədə
hər hansı bir xüsusi proqram və ya bölmə fəaliyyət göstərmir.
Cəzaçakmə müəssisəsində 17 dəzgahdan ibarət olan xalçaçılıq sexi fəaliyyət göstərir.
Müdiriyyətin
bildirdiyinə görə, burada peşə təlimi üzrə 20 nəfər müəllim çalışır və onlar
məhkumlara toxuculuq və xalçaçılıq sənətlərini öyrədirlər.
Müəssisədə saxlanılan şəxslərə münasibətdə tənbeh tədbirlərinin tətbiq edilməsi məqsədilə
cərimə təcridxanaları mövcuddur. Buradakı cərimə təcridxanaları yeni təmir olunub və
müdiriyyətin bildirdiyinə görə, bu kameralardan nadir hallarda istifadə edilir.
Yuxarıda qeyd edildiyi kimi, cinayət əməlinin ağırlığına görə müəssisədə saxlanılan qadınlar
biri-birindən ayrılmırlar. Bu müəssisədə həm az ağır, ağır və xüsusilə ağır cinayətlər törətmiş
qadınların saxlanıldığını nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, bu cür qarışıq rejimli
müəssisədə hamı vahid, möhkəm rejimə əsasən cəza çəkir.
Dostları ilə paylaş: