NƏT CƏ
Ə
DƏB YYAT S YAHISI
3
G R Ş
Respublikamızın inkişafında ölkənin maliyyə sisteminin əsas dayağı olan və
onu iqtisadi, sosial və siyasi funksiyaların yerinə yetirilməsi üçün pul vəsaitləri ilə
təmin edən dövlət büdcəsinin rolu böyükdür. Qeyd etmək lazımdır ki, dövlətin
iqtisadi inkişafa təsiri maliyyə siyasətinin tərkib hissəsi olan büdcə-vergi siyasətinin
tənzimləyici funksiyasından və onun tətbiq mexanizmindən nə dərəcədə dolğun
istifadə edilməsindən asılıdır.
Büdcə gəlirləri büdcə-vergi siyasətinin iqtisadiyyatın inkişafına istiqamətləndi-
rilməsində əsas mənbə və vasitə kimi çıxış edir. Çünki bu mənbənin iqtisadi siyasət
çərçivəsində düzgün hədəfləndirilməməsi hökuməti iqtisadiyyatda əks nəticə ilə -
ə
saslandırılmayan, qeyri-taraz gəlir azlığı problemi qarşısında qoya bilər və büdcə
mexanizmi özünün ən təsirli funksiyalarından birini itirmiş olar.
Respublikamızda büdcə-vergi siyasətinin həyata keçirilməsində əsas məqsəd -
ölkədə makroiqtisadi göstəricilərin sabit saxlanılmasını təmin etməklə iqtisadi artıma
nail olmaqdan, maliyyə intizamının gücləndirilməsindən, dövlət büdcəsinin tərtibi və
icrasının təkmilləşdirilməsindən, qeyri-neft sektorunda məşğulluğun səviyyəsinin
artırılmasından, kiçik və orta sahibkarlığa maliyyə dəstəyinin gücləndirilməsindən
ibarət olmalıdır. Büdcə qanunvericiliyinə müvafiq olaraq büdcə-vergi sisteminə daxil
olan bütün büdcə növləri sabit və ardıcıl daxil olan gəlir mənbəyinə malik olmalıdır.
Ona görə də dövlət büdcəsinə daxil olan gəlirlər qanunvericilik əsasında büdcə həlqə-
ləri arasında bölüşdürülür. Bu məqsədlə büdcə həlqələri zəruri gəlir mənbəyi ilə
təmin edilməklə, hər bir regionun sosial-iqtisadi inkişafı üçün lazımi miqdarda
maliyyə vəsaiti müəyyənləşdirilir.
Dövlət büdcəsi gəlirlərinin sosial-iqtisadi proseslərdəki rolu əvəzedilməzdir.
Büdcə dövlətlə ayrı-ayrı müəssisə, təşkilat, idarə və birliklər, yeni yaranan hüquqi və
fiziki şəxslər, əhali arasındakı münasibətləri ifadə edir. Yeni iqtisadi sistemə keçidin
nəticəsi olaraq, büdcə ilə istehsal sahələri arasında əlaqələr yeniləşmiş, sahibkarlıq və
digər bazar subyektlərinin fəaliyyəti ilə əlaqədar büdcədən ayrılan vəsait
qoyuluşlarının həcmi və istiqamətləri dəyişmişdir. Bütövlükdə götürsək,
4
respublikamızda vergi sistemi əsaslı şəkildə təkmilləşdirilmiş və onun beynəlxalq
standartlar səviyyəsinə çatdırılması üçün tədbirlər görülür. Bu dövr ərzində büdcə
gəlirlərinin ÜDM-un strukturuna və sahə quruluşuna uyğun artımına, potensial
gəlirlərin büdcəyə alınmasının təmin olunması əmsalının əhəmiyyətli dərəcədə
yüksəldilməsinə, vergilərin ödənilməsinin sadələşdirilməsinə, vergi dərəcələrinin
azalmasına, vergilərin yığılmasını təmin edən orqanların strukturunun təkmil-
ləşdirilməsinə və sahibkarlıq fəaliyyətinin genişləndirilməsini təmin edən vergi
mühitinin yaradılması məqsədilə xeyli işlər görülmüşdür.
Büdcə siyasətinin tərkib hissəsi olmaqla, vergi siyasətinin formalaşması və
həyata keçirilməsi ümumi iqtisadi inkişafın əsas şərtlərindəndir. Ona görə də vergi
işinin təşkilində inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edilməsi və mükəmməl
vergi siyasətinin formalaşdırılması çox vacibdir. Vergi siyasəti nəticə etibarilə elə bir
sisteminin formalaşdırılmasına gətirib çıxarmalıdır ki, bu sistem iqtisadi tənzimləmə
funksiyasını normal şəkildə həyata keçirə bilsin.
Ölkədə həyata keçirilən iqtisadi islahatların müasir mərhələsində büdcə
vəsaitlərinin istehsal və sosial sahələrin inkişafına yönəldilməsi dövlət büdcəsinin
tərkib hissəsi olmalıdır. Vergilərin büdcə gəlirlərinin formalaşmasına, istehsalın kə-
miyyət və keyfiyyət göstəricilərinə təsiri xüsusi əhəmiyyət kəsb edir. nkişaf etmiş
ölkələrdə vergilər dövlət gəlirlərinin əsas mənbəyi olmaqla, iqtisadiyyatda
tənzimləyici kimi çıxış edir. Vergilər özünün əsas funksiyası olan - maliyyə funk-
siyasından başqa, dövlətin istehsalın bərpasına, genişləndirilməsinə, təkmilləşdiril-
məsinə, yeni texnika və texnologiya ilə təmin edilməsinə, strukturuna və qurluşuna
iqtisadi təsiretmə vasitəsidir.
Büdcə-vergi siyasəti ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun
olaraq müəyyənləşdirilməlidir. Bu siyasət, ümumi makroiqtisadi göstəriciləri əks
etdirən sərt maliyyə siyasətindən tədricən uzaqlaşmanı, büdcə-vergi siyasətinin
çevikliyinin artırılmasını, maliyyə intizamının gücləndirilməsini, manatın
məzənnəsinin tənzimlənməsini və digər tədbirləri özündə əks etdirir. Həyata
keçirilən kompleks makoiqtisadi tədbirlər sabit iqtisadi artımın təmin edilməsini,
5
istehsalın həcminin və qeyri-neft sektorunda məşğulluq səviyyəsinin yüksəldilməsini,
ölkənin regionlarının iqtisadi inkişafının tarazlaşdırılmasını, yerli özünüidarəetmə
orqanları olan bələdiyyələrin iqtisadi müstəqilliyinin təmin edilməsinə uyğun iqtisadi
şə
raitin yaradılmasını nəzərdə tutur.
Son illərdə respublikamızda həyata keçirilən iqtisadi və siyasi islahatlar dövlət
maliyyəsi sferasından, xüsusilə də büdcə-vergi sistemində əsaslı dəyişikliklərə səbəb
olmuşdur. Belə ki, dövlət büdcəsi dövlətin əlində, iqtisadiyyata təsir göstərilməsində,
aparılan struktur dəyişikliklərini maliyyələşdirilməsində, iqtisadiyyatın qabaqcıl
sahələrinin inkişafının stimullaşdırılmasında, əhalinin aztəminatlı təbəqəsinə sosial
yardımların verilməsinin təmin edilməsində real vasitəyə çevrilmişdir. slahatların
sonrakı mərhələlərinin həyata keçirilməsi bu məsələlərin elmi tədqiqindən, nəzəri,
metodoloji-praktiki məsələlərinin kompleks həllindən çox asılı olduğunu göstərir.
Bunanla əlaqədar, həyata keçirilən islahatlar kontekstində büdcə-vergi siyasətinin
məzmun və mahiyyətinin öyrənilməsi, onun ölkənin sosial-iqtisadi inkişafa təsirinin,
büdcə gəlirlərinin artırılması yollarının araşdırılması sahəsində yeni tələblər qoymuş
və bu problemi müasir dövrün reallıqlarına uyğun metodoloji yanaşma əsasında
tədqiq edilməsini zərurətə çevirmişdir. Belə ki, bu istiqamətdə maliyyə siyasətinin
tərkib hissəsi olan büdcə-vergi siyasətinin tənzimləyici tətbiqi mühüm əhəmiyyət
kəsb edir. slahatların gedişi bu məsələlərin elmi tədqiqindən, nəzəri, metodoloji-
praktiki məsələlərinin kompleks həllindən çox asılı olduğunu göstərir. Eyni zamanda
son illərdə Azərbaycan iqtisadiyyatının dünyada analoqu olayan sürətli inkişafı, buna
müvafiq olaraq büdcə imkanlarının dəfələrlə artması bunlarla əlaqədar problemlərin
tədqiqinə, həyata keçirilən islahatlar kontekstində büdcə-vergi siyasətinin həyata
keçirilməsinə, onun təkmilləşdirmə istiqamətlərinin müəyyənləşdirilməsinə yeni
nəzəri - metodoloji yanaşma tələb edir.
Dostları ilə paylaş: |