- 34 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
analizlər aparıb dinamik siyasət, milli mənfəəti əks etdirən qərarlar hazırla-
yırlar. Hətta beyin mərkəzlərinin təşkil etdikləri təlim proqramlarını, iclas-
ları, konfransları, master klasları, forumları, gələcəyin elm adamlarına staj
proqramlarının təşkil etmələrini davamlı inkişaf strategiyasına aid etmək
olar. Çünki belə addımlar yaşıl iqtisadiyyatın zəruri etdiyi insan kapitalının
inkişafı üçün hesablanmışdır. Beyin mərkəzləri hər zaman yaşıl iqtisadiyyat-
la maraqlanan bütün alimləri, tədqiqatçıları, yazıçıları, siyasətçiləri, qeyri-
hökumət təşkilatlarını, aktivistləri, tələbələri, ekoloqları, bir sözlə, yaşıl
dünyanın və insanlığın gələcəyinin qayğısını çəkən və bu sahədə fəaliyyət
göstərən hər kəsi müxtəlif müzakirələrə, layihələrdə iştirak etməyə və gedən
prosesləri izləməyə və ən əsas maariflənməyə dəvət edir ki, bu da davamlı in-
kişaf strategiyasında ən mühüm addımlardan biridir. Buna görə də çalışmaq
lazımdır ki, dünyada beyin mərkəzlərinin sayı artdıqca onların yaşıl inkişafa
yönəlik sistemli fəaliyyəti genişləndirilsin və beynəlxalq əhəmiyyət daşısın.
Unudulmamalıdır ki, tədqiqat və inkişaf (R&D) yanaşı gedən bir prosesdir.
Əgər diqqət yetirsək görərik ki, dünyada inkişaf üçün təkan verici qüvvə
rolunu oynamağa çalışan beynəlxalq maliyyə institutlarının və şirkətlərin
hər birisinin özünün tədqiqat və təlim mərkəzləri mövcuddur. Hazırda yeni
sənaye dalğasına xidmət edən tədqiqat və inkişaf yaşıl məqsədlərə çatmaqda
mühüm əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: