Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə37/155
tarix02.01.2022
ölçüsü7,28 Mb.
#1179
1   ...   33   34   35   36   37   38   39   40   ...   155
Kənd təssərüfatında: Davamlı kənd təsərrüfatı praktikasına keçmək, 
kəndlərdə yoxsulluğun aradan qaldırılması kimi strateji-siyasi 
məqsədlərə çatmaq üçün kəndlərin inkişafının prioritetləşdirilməsi 
məsləhət görülür.
15  REDD (Reducing Emissions from Deforestation and Forest Degradation)- meşə təsərrüfatında davamlı
inikaşafa investisiyanı stimallaşdıran və İEOÖ meşədə torpaqların mənimsənilməsinin qarşısını alan bir
proqramdır.


- 33 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR

Enerji təsərrüfatında: Tədqiqat və işləmələrə qoyulan sərmayə, enerji 
səmərəliliyi, diversifikasiya, başqa regionlarla korporativ əlaqələrin in-
kişafı, mərkəzləşdirilmiş elektrik təchizatı sxemlərinin genişləndirilməsi 
enerji sektorunda (xüsusilə, bərpa oluna bilən enerji sektorunda) 
əhəmiyyətli inqilab yarada bilər
16
.
Beyin mərkəzlərinin gəldiyi qənaətə əsasən, belə taktikaların daxil ol-
duğu inkişaf strategiyaları daha az karbon emissiyasına, inkişafa, gəlirlərin 
və yeni iş yerlərinin artmasına təkan ola bilər. Xüsusilə, ilkin olaraq böyük 
şəhərlər bu strategiyadan faydalana bilər; faktiki olaraq, artıq bəzi Avro-
pa şəhərlərində CO2 emissiyasının azaldılması və iqtisadi artıma nail ol-
maq üçün bəzi strategiyalar praktikada artıq uğurla həyata keçirilmişdir
17

Nəticə sənədinə ümumi və mütləq şəkildə daxil olunan bu təkliflərin hər 
bir ölkə tərəfindən həyata keçirələcək və davamlı inkişafı təmin edə biləcək 
inkişaf konsepsiyalarında da nəzərə alınması təqdirə layiq haldır. Ayrı-ayrı 
ölkələrin beyin mərkəzlərinin əməkdaşlığı, onların birgə fəaliyyətləri, fikir 
mübadilələri isə bu prosesi daha da sürətləndirir. Həm də ölkələrin iqtisa-
di, siyasi, sosial və mədəni baxımdan bir-birlərinə inteqrasiya olması strateji 
araşdırmalar mərkəzlərinin birgə fəaliyyətini zəruri edir. Bu zaman əldə olu-
nan nəticələrin səmərəliliyi artacaqdır və dünya ölkələri davamlı inkişafın 
təmin edilməsi üçün ən uyğun proqramların hazırlanmasına nail olacaqdır.
Hər bir proqramın həyata keçirilməsi təbiidir ki, maliyyə resurslarının ol-
masını tələb edir. Beyin mərkəzləri doğru və müvafiq maliyyə mənbələrinin 
seçilməsində, banklar və beynəlxalq maliyyə institutları ilə danışıqlarda öz 
tövsiyələrini verə bilər, hansı ki, bu tövsiyələr müvafiq dövlətlərin büdcə 
vəsaitlərinin səmərəli istifadəsinə dəmüsbət təsir göstərə bilər.
Müxtəlif beyin mərkəzləri iddia edir ki, yaşıl iqtisadiyyatın inkişafı üçün 
şəffaflıq və hesabatlılığın təmin edilməsində dövlət və özəl sektorlar birlikdə 
işləməlidirlər (məsələn, birlikdə informasiyanı beynəlxalq səviyyədə 
bölüşmək üçün müvafiq kanal yarada bilərlər).
Davamlı inkişaf strategiyasında beyin mərkəzlərinin rolu ona görə 
əhəmiyyətlidir ki, onlar təkcə ölkə daxilində deyil, ölkənin mövcud oldu-
ğu regionda və dünyada baş vermiş dəyişiklikləri izləyir və buna uyğun 
16  Outcome document The Future we want, UN Document A/CONF.216/L.1, Agriculture: par. 108-118; Water par.
119-124 and 158-177; Energy par. 125-129; Transportation and cities par. 132-137; Social protection par. 147-157.
17  http://www.nestle.com/randd/environmental-sustainability


- 34 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
analizlər aparıb dinamik siyasət, milli mənfəəti əks etdirən qərarlar hazırla-
yırlar. Hətta beyin mərkəzlərinin təşkil etdikləri təlim proqramlarını, iclas-
ları, konfransları, master klasları, forumları, gələcəyin elm adamlarına staj 
proqramlarının təşkil etmələrini davamlı inkişaf strategiyasına aid etmək 
olar. Çünki belə addımlar yaşıl iqtisadiyyatın zəruri etdiyi insan kapitalının 
inkişafı üçün hesablanmışdır. Beyin mərkəzləri hər zaman yaşıl iqtisadiyyat-
la maraqlanan bütün alimləri, tədqiqatçıları, yazıçıları, siyasətçiləri, qeyri-
hökumət təşkilatlarını, aktivistləri, tələbələri, ekoloqları, bir sözlə, yaşıl 
dünyanın və insanlığın gələcəyinin qayğısını çəkən və bu sahədə fəaliyyət 
göstərən hər kəsi müxtəlif müzakirələrə, layihələrdə iştirak etməyə və gedən 
prosesləri izləməyə və ən əsas maariflənməyə dəvət edir ki, bu da davamlı in-
kişaf strategiyasında ən mühüm addımlardan biridir. Buna görə də çalışmaq 
lazımdır ki, dünyada beyin mərkəzlərinin sayı artdıqca onların yaşıl inkişafa 
yönəlik sistemli  fəaliyyəti genişləndirilsin və beynəlxalq əhəmiyyət daşısın.
Unudulmamalıdır ki, tədqiqat və inkişaf (R&D) yanaşı gedən bir prosesdir. 
Əgər diqqət yetirsək görərik ki, dünyada inkişaf üçün təkan verici qüvvə 
rolunu oynamağa çalışan beynəlxalq maliyyə institutlarının və şirkətlərin 
hər birisinin özünün tədqiqat və təlim mərkəzləri mövcuddur. Hazırda yeni 
sənaye dalğasına xidmət edən tədqiqat və inkişaf yaşıl məqsədlərə çatmaqda 
mühüm əhəmiyyət kəsb edir. 

Yüklə 7,28 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin