YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
- Təbii ehtiyatlardan istifadə etdikdə onların davamlı işlədilməsini təmin
edən prinsip və texnologiyaların istifadəsi;
- İnkişafın planlaşdırılmasına və həyata keçirilməsinə aid dövlət
sənədlərinin hazırlanması və icrası zamanı davamlı inkişaf
prinsiplərinin əsas meyar kimi qəbul edilməsi;
- Ətraf mühitin keyfiyyəti və təbii ehtiyatların istifadəsi ilə əlaqədar
layihələrin müzakirəsi və qərar qəbul edilməsi prosesində ictimaiyyətin
iştirakının genişləndirilməsi;
- Hazırkı və gələcək nəsillərin sağlamlığının və uzunömürlülüyünün təmin
edilməsi və bunlara hər hansı potensial təsir barədə məlumatların əhaliyə
çatdırılması;
- Davamlı insan inkişafı sahəsində müxtəlif: qlobal, regional, ölkə, bölgə,
bələdiyyə, məhəllə, ev və s. səviyyələrdə əməkdaşlığın təşkil edilməsi.
Bu prinsiplərə əsaslanan inkişafın planlaşdırılması və idarə edilməsi
2002-ci ildə Yohannesburqda keçirilmiş Dünya Sammitinin qərarlarında da
öz əksini tapmışdır.
Davamlı inkişaf sahəsində irəli sürülən məqsədlər bu prosesin bütün
iştirakçılarının səfərbərliyini tələb edir. Bunlara fərdi sektorda fəaliyyət
göstərən şirkətlər və korporasiyalar da aiddir.