YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
gəlir, sosial təminat, həmkarlar ittifaqının məqsədli fəaliyyəti, sağlamlıq
zəmanəti, karyerada irəliləmə fürsəti və gender bərabərliyinin təminatında
göstərir. Yaşıl iş yerləri insan qüruruna toxunmadan ona yaşamaq haqqını
daha düzgün istifadə etməyə imkan yaradır. Belə yanaşma öz növbəsində
sivil dünyada hər hansı bir ölkənin uğurunun və gücünün göstəricisidir. Ona
görə də ölkələr xüsusilə, insan kapitalının inkişafına fikir verməlidirlər ki, da-
vamlı inkişafa ən optimal yol olan yaşıl iqtisadiyyatı tətbiq edə bilsinlər.
Məşğulluq strategiyası mövcud təhsil proqramlarının keyfiyyətinin
yüksəldilməsini və yeni proqramların tədbiqini zəruri edir. Danimarka, Al-
maniya və Estoniya kimi ölkələrdə buna ciddi fikir verilir. Almaniyada bəzi
universitetlər artıq yaşıl iqtisadiyyatı bir kurs kimi tətbiq etməyə başlamış-
dır və hətta, şirkətlər kadr siyasətində üstünlüyü belə akademik kursların
məzunlarına verirlər. Yaşıl iqtisadiyyatla bağlı kurrikulum yalnız universitet
tələbələrinə, xüsusi kurslar və treyninqlər isə çalışanlara və bu istiqamətdə bi-
lik və bacarıqlarını artırmaqda maraqlı olan insanlara tətbiq edilməklə daha
yüksək nəticə verir. İri şirkətlər isə yeni sistemə adaptasiya olunmaq üçün
çalışmalıdırlar ki, öz işçilərinə bu iqtiqamətdə təlimlər keçsin, ya da onların
maariflənməsində təşəbbüskar addımlar (məsələn, konsaltinq şirkətlərinin
yaşıl iqtisadiyyatın etik davranışları üzrə xidmətlərinə müraciət və s.) atsın.
Deməli, biliyə əsaslanan inkişaf və onun başlıca amili olan insan poten-
sialı davamlı inkişafın ən vacib şərtidir. Bunu təmin etmək üçün müxtəlif
ixtisas sahiblərinin və hər bir vətəndaşın davamlı insan inkişafı sahəsində
biliklərə yiyələnməsi və müvafiq bacarığa nail olması vacibdir. BMT və
YUNESKO-nun 2005-2014-cü illəri davamlı inkişaf sahəsində təhsil onil-
liyi elan etməsi bu məqsədə xidmət edir.
Davamlı insan inkişafının planlaşdırılması və həyata keçirilməsi,
gələcəksiz inkişafın qarşısını almaqdan ötrü bir sıra prinsiplərə riayət
edilməsi olduqca əhəmiyyətlidir. Tələbələrin diqqəti davamlı inkişa-
fın təmin edilməsində xüsusi əhəmiyyət daşıyan aşağıdakı vacib şərtlərə
yönəldilir və şərtlər korporativ siyasətin formalaşması üçün də çox
əhəmiyyətlidir:
-
Ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan istifadə edilməsi
layihələrinin planlaşdırılması və həyata keçirilməsində çağdaş və gələcək
nəsillərin maraqlarının nəzərə alınması;