YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV
MƏNBƏLƏR
Şahmar Hacıyev
Beynəlxalq iqtisadi və siyasi araşdırmalar üzrə ma-
gistr. Enerji təhlükəsizliyi,
enerji-iqtisadiyyat, alter-
nativ
enerji mənbələri, yaşıl biznes və yaşıl texnoloji-
ya istiqamətləri üzrə ekspertdir. Bir sıra
məqalələrin
müəllifidir. O, “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Çexiya Respublikasının
Çarlz Universitetində magistr dərəcəsi almışdır. 2006-2009-cu
il tarixində
Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışmışdır (ARDNŞ).
2009-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Strateji Arasdır-
malar Mərkəzinin İqtisadiyyatın təhlili və qloballasma məsələləri sobəsində
fəaliyyətini davam etdirir. Şahmar Hacıyev ABŞ-ın “Stratfor”
analitik
mərkəzinin “Biznes və analizin inkişafı”, İsrail Xarici İşlər Nazirliyi yanında
Beynəlxalq Əməkdaşlığın İnkişafı Agentliyinin (MAŞAV) “Yaşıl iqtisadiy-
yat” və Azərbaycan Diplomatik Akademiyasının “Aİ araşdırmaları
üzrə Jean
Monnet” proqramlarında iştirak etmişdir.
Gülay Nəsibova
Dövlət maliyyəsi üzrə magistr. 2013-cü
il oktyabr-de-
kabr tarixində Azərbaycan Respublikası Prezidenti
yanında Strateji Araşdırmalar
Mərkəzində təcrübəçi
kimi fəaliyyət göstərib. Bakalavr təhsilini 2005-2009-cu
illərdə İqtisadi nəzəriyyə ixtisası üzrə Bakı Dövlət Universitetində almışdır.
Magistratura təhsilini 2010-2013-cü ildə dövlət maliyysi ixtisası üzrə Anka-
ra Universitetində tamamlamışdır.
Bakı - 2014
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
YANINDA
STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİ
YAŞIL İNKİŞAF:
ENERJİ SƏMƏRƏLİLİYİ VƏ
ALTERNATİV MƏNBƏLƏR