YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
ması, fəaliyyətlərin bir-birini tamamlaması, yeni vəzifə və öhdəliklərin
müəyyənləşdirilməsinə ehtiyac var. Təklif edərdik ki, “Azərbaycan - 2020:
Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq bu sahədə ins-
titusional islahatlar aparılsın. İnstitutsional islahatlar aparılarkən dün-
ya təcrübəsinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edərdi. Eyni za-
manda beynəlxalq təşkilatların da idarəetmə islahatlarına cəlb edilməsi
məqsədəuyğundur.
Enerji səmərəliliyi istiqamətində institusional islahatlar həm də bu
sahədə elmi-tədqiqat işi aparan dövlət orqanlarının fəaliyyətinin koor-
dinasiya edilməsini zəruri edir. Şərqi Avropada ilk dəfə “Yaşıl iqtisadiy-
yat” mövzusunda çərçivə tədqiqatı aparan AMEA Azərbaycanda enerji
səmərəliliyinin araşdırılması istiqamətində dövlət qurumları ilə birlikdə
fəaliyyət göstərməlidir. Koordinasiya olunmuş tədqiqat istiqamətləri aşağı-
dakılar ola bilər:
• Ölkədə alternativ enerji mənbələrinin potensialının müəyyənləş-
dirilməsində elmi-tədqiqat işlərinin aparılması;
• Elektrik enerjisi təchizatında külək enerjisi potensialının öyrənilməsi və
ondan istifadənin təmin edilməsi;
• Ölkə ərazisində binaların qızdırılması və isti su təchizatı üçün günəş kol-
lektorlarının tətbiqi;
• Günəş enerjisi istehsalında istifadə olunan fotoelementlərin faydalı iş
əmsalının artırılması və onların istehsalına başlanması;
• Geotermal su mənbələrinin enerjisindən istifadə.
Belə tədqiqat işlərinin aparılması üçün maliyyə mənbəyi dövlət orqan-
larının büdcəsi ilə yanaşı Azərbaycan Respublikasının Prezidenti yanında
Elmin İnkişafı Fondunun ayırdığı qrant vəsaiti də ola bilər.
Enerji səmərəliliyində son sözü istehlakçı deməlidir. Buna görə də
maarifləndirmə fəaliyyətinin gücləndirilməsi dövlətlə bərabər, həm də
vətəndaş cəmiyyəti institutlarının işi olmalıdır. Enerji səmərəliliyi sahəsində
institutsional islahatlar imkan verəcək ki, Azərbaycanda istehlak edilən
enerjinin və emissiya olunan karbon dioksidin miqdarı İqtisadi Əməkdaşlıq
və İnkişaf Təşkilatı ölkələri üzrə müvafiq göstəriciyə uyğunlaşdırılsın.