YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Azərbaycan Respublikasının enerji səmərəliliyinin təmin edilməsi, al-
ternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi siyasətinin
həyata keçirilməsində yuxarıda adları sıralanan dövlət orqanları ilə yanaşı
yerli və xarici şirkətlər də əhəmiyyətli rol oynayırlar. Daşıdıqları öhdəliklərə
görə qurumlar bu proses çərçivəsində müxtəlif funksiyaları yerinə
yetirməkdədirlər. Dövlət Proqramından da göründüyü kimi bu sahədə
aparıcı rol Nazirlər Kabineti, Energetika Nazirliyi və Ekologiya və Təbii
Sərvətlər Nazirliyinə məxsusdur. Bu qurumlar əsas tənzimləyici funksiyanı
yerinə yetirməklə bərabər, Azərbaycan Respublikasının enerji siyasətinin,
enerji səmərəliliyi və alternativ (bərpa olunan) enerji mənbələrinin istifadə
strategiyasının müəyyən edilməsi funksiyasını da həyata keçirirlər. Qeyd
etmək lazımdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi həm də Kioto Pro-
tokoluna əsasən Milli Vasitəçi rolunda çıxış edir.
Alternativ və bərpa olunan enerji mənbələrinin dövriyyəyə cəlb
edilməsi və enerji resurslarından istifadənin səmərəliliyinin artırılma-
sı məqsədi ilə 2004-cü il 21 Oktyabr tarixində 462 saylı sərəncam ilə
Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ
və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır.
Agentliyin məqsədi müvafiq sahənin inkişafı və infrastrukturunun ya-
radılması üzrə dövlət siyasətinin işlənib hazırlanmasında iştirak etmək
və bu siyasətin həyata keçirilməsini təmin etmək idi. 2012-ci il 1 İyun
tarixində Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Ener-
ji Mənbələri üzrə Dövlət Şirkəti yaradılmışdır. Agentlikdən fərqli olaraq
Şirkət artıq Dövlət Siyasətinin təyin edilməsində deyil, birbaşa bərpa olu-
nan enerji mənbələrindən istifadə olunması sahəsində dövlət xidmətləri
göstərən, bərpa olunan enerji resursları mənbələrinin müəyyən olunma-
sının təşkil edən və bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən
dövlətə məxsus bir şirkət olacaqdır.
Dövlət tərəfindən təyin edilmiş strategiyanın həyata keçirilməsi yolun-
da aparıcı rol oynayan orqanlar siyahına ARDNŞ, Azərenerji, Bakı Elektrik
Şəbəkə, Azərsu, Azəriqaz və s. kimi strukturları daxil etmək olar. Bu qurum-
lar müxtəlif sahələrdə enerji səmərəliliyi strategiyasının həyata keçirilməsi
yolunda işlər görürlər. Bunlara enerji resurslarının istehsalı (hasilatı),
ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itkilərin və
sərfin azaldılmasına yönələn tədbirləri aid etmək olar. Bu kimi işlər ayrılıq-