- 142 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada ekspert
kimi fəaliyyət göstərmişdir. 2011-2014-ci illərdə Azərbaycan Respublikası
Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin “İqtisadiyyatın
təhlili
və qloballaşma məsələləri” şöbəsində işləmişdir.
Mahir Hümbətov
Böyük Britaniyanın Durham Universitetinin Dövlət və
beynəlxalq əlaqələr və Durham biznes məktəbindən
magistr (MSc) dərəcəsini, Azərbaycan Dövlət İqti-
sad Universitetindən Beynəlxalq
münasibətlər üzrə
bakalavr (BA), Bakı Dövlət Universitetindən (Türkiyənin 9 Eylül və Mi-
sirin Qahirə Universitetləri ilə birgə) İlahiyyat və ərəb dili üzrə bakalavr
və magistr (BA və MA) dərəcələrini əldə etmişdir. Beynəlxalq təşkilatlar,
beynəlxalq maliyyə institutları, enerji iqtisasiyyatı, alternativ enerji, ener-
ji
səmərəliliyi, yaşıl iqtisadiyyat, davamlı inkişaf, rəqabətlilik, dövlət-özəl
əməkdaşlığı, etik investisiyalar, İslam iqtisadiyyatı
və maliyyəsi, Orta Şərq,
İslam dünyası və s. sahələr üzrə ekspertdir. Bir sıra yerli və xarici mətbuatda,
tanınmış jurnallarda və qəzetlərdə məqalələrin müəllifi və ya müsahibidir.
Dünyada bir sıra universitetlərdə - Böyük Britaniyanın Durham, LSE, Ox-
ford Universitetlərində, Çexiyanın Çarlz Universitetində,
Beynəlxalq Valyu-
ta Fondunun Potensialın Artırılması İnstitutunda, Avstralyanın Müştərək
Vyana İnstitutunda mühazirələrlə çıxış etmişdir. Bir neçə dövlət qurumun-
da və özəl sektorda iş təcrübəsi vardır. 2012-ci ildən Azərbaycan Respubli-
kası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində çalışır.