1.7. Yaşıl iqtisadiyyat və Korporativ Sosial Məsuliyyət
Prinsip etibarı ilə davamlı və sürətli inkişafın reallaşması təkcə iqtisadi-siya-
si deyil, həm də mənəvi məsələdir. Başqa sözlə, burada insan amili öz həlledici
təsirini göstərir, fərdlərin sosial-iqtisadi fəallığı və təşəbbüskarlığı mühüm rol
oynayır. Bu özlüyündə bir strategiyadır. Belə strategiya ölkənin malik oldu-
ğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə
səmərəli reallaşdırılması, qeyri-istehsal sektorunun inkişaf etdirilməsi, hər
bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə etməsi, ölkə
daxilində regionların inkişafının tarazlaşdırılması, yoxsulluğun azaldılması
və s. bu kimi məsələlərin həllində ön plana çəkilməlidir. Strategiyanın uğuru
mikrosəviyyədə iqtisadi rezidentlərin sosial məsuliyyətliliyi və etik kodekslərə
nə dərəcədə riayət etmələrindən asılı olur.