- 42 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
- Maariflənmə və islahatlara adaptasiya olunmaq üçün təlimlər,
kurslar və
konfranslar təşkil etmək;
- R&D sahəsində əməkdaşlığı genişləndirməklə İEOÖ-i müasir dövrün
ən qiymətli resurslarından olan
informasiya ilə təmin etmək;
- KİV-ə yaşıl iqtisadiyyatın təbliğatı istiqamətində maddi dəstək vermək;
- İEOÖ-də su qıtlığı probleminin sistemli şəkildə həllinə yardım etmək;
- Yaşıl iqtisadiyyat üçün potensial sahə olan kənd təsrrüfatına investisiya
yatırmaq;
- Bərpa olunan təbii resurslarla zəngin
ölkələrə alternativ enerji
mənbələrinin inkişafı üçün xarici birbaşa və portfel investisiayaları yatır-
maq;
- Yaşıl iqtisadiyyat sahəsində uğurlu və eyni zamanda uyğun praktikanı
belə ölkələrə transfer etmək;
- Təşəbbüskar addımlarda İEOÖ-in iqtisadi durumunu nəzərə almaq və s.
İEÖ iqtisadi cəhətdən zəif olan ölkələrə bu və ya başqa formada yardım
göstərməyəcəyi təqdirdə onların təşəbbüskar tədbirləri uzunmüddətdən
sonra özlərinə də ziyan verə bilər. Çünki yaşıl iqtisadiyyat sistemli olmağı
tələb edir, sistemdə isə bir elementin inkişaf edib digərinin kənarda qalması
sonda sistemin pozulmasına gətirib çıxaracaqdır.
Yaşıl iqtisadi sistemə nail olmaq o demək deyildir ki, bütün
problemlər
həll olunmuşdur. Beləki, bəzi problemlər vardır ki, onların həlli hələ də sual
altındadır. Məsələn, küləkdən elektrik enerjisi hasil edilərkən quşların məhv
olması, hibrid vasitələrin istismar müddəti bitdikdən sonra yararsız batare-
yaların ətraf mühit üçün zərəri və s. çağırışlar qalmaqdadır.
Biz yaşıl iqtisadiyyatın mənfi tərəflərini nəzərdən keçirsək də, onun
üstünlükləri çatışmayan tərəflərindən daha çoxdur. Buna görə də yaşıl iqti-
sadiyyata davamlı inkişafa aparan alternativsiz yol kimi önəm verilir.
Dostları ilə paylaş: