YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Təbii ki, “yaşıl” təfəkkürün uşaqlarda elə məktəb yaşlarından formalaş-
dırılması müsbət haldır, amma bugünki durumu nəzərə aldıqda və Avro-
panın İEÖ-nin qabaqcıl təcrübələrini nəzərdən keçirdikdə müəyyən olu-
nur ki, belə pilot layihələr universitetlərdə də reallaşdırıla bilər. Çünki orta
məktəblərdə belə layihələrin davamlı nəticələr əldə etməsi üçün təhsilin
növbəti mərhələlərində “yaşıl” təfəkkürün daha da dərinləşdirilməsinə eh-
tiyac var. Azərbaycanda yaşıl iqtisadiyyatın tələbinə uyğun əmək bazarının
inkişaf etdirilməsi təhsilin bütün pillələrində bu sahəyə diqqət tələb edir.
İnsanlarımız ciblərinə ziyan edib bahalı ciplərdə gəzməkdə, sağlam-
lıqlarına zərbə vurub həmin avtomobillərin tüstüsünü udmaqda davam
edərlərsə, müasir dövrdə “sosial fiqur” olub ailəsi və doğmalarına daha az
zaman ayırmağı üstün tutarlarsa, əlbəttə, biz yaşıl iqtisadiyyatın müsbət
nəticələrini görə bilmərik. Təbii ki, problemin bu tərəflərinə toxunma-
dan, yaşıl iqtisadiyyatın mahiyyətini və ona haradan, necə başlayacağı-
mızı, məsələnin kökündən həllini anlaya bilmərik. İlk öncə yaşıl həyatın
mahiyyətini anlamalıyıq ki, onu həyata keçirə bilək. Elə bu səbəbdən irəli
gələrək, yaşıl iqtisadi sistemə keçidin ilkin mərhələsi beynəlxalq səviyyədə
2020-ci ilə kimi onun təfəkkürlərdə formalaşmasına həsr olunub. Davam-
lı inkişafa nail olmaq üçün, deməli, bu vəziyyəti dərk edib qəbul etmək,
nəticədə daha çox maariflənərək “dəbli” həyat tərzindən azad olmağa ehti-
yac vardır və yaxın gələcəkdə Azərbaycan öz milli təhsili ilə bu istiqaməti
inkişaf etdirən ölkələrdən biri ola bilər.