- 52 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV
MƏNBƏLƏR
şərait yaradar və gələcək enerji təhlükəsizliyini təmin edərlər. Uzunmüddətli
perspektivdə inkişafa nail olmaq məqsədilə yuxarıda qeyd olunan hər iki amil
paralel şəkildə inkişaf etdirilməlidir. Enerjidən səmərəli istifadə ona olan tələbatı
aşağı salmaq istiqamətində mühüm rol oynayır və eyni zamanda,
artan təmiz
enerji ehtiyatları neft, təbii qaz və kömür kimi ənənəvi enerji resurslarından
istifadəni azaldır
1
. Bunları nəzərə alaraq qeyd edə bilərik ki, davamlı enerji iqti-
sadiyyatında hər hansı uğur əldə etmək məqsədilə səmərəlilik və bərpa olunan
enerji mənbələrinin inkişafına diqqət yetirmək önəmlidir.
Dünya təcrübəsi də göstərir ki, səmərəlilik
və bərpa olunan enerji
mənbələrinin inkişafı əlavə iqtisadi gəlir əldə edilməsinə təkan verir. Məsələn,
hər iki sahə sərmayə qoyuluşuna və yeni iş yerlərinin açılmasına stimul yara-
dır, bununla da ölkədə regionların inkişafına böyük təkan verir. Bu səbəbdən
də bir çox dövlətlər səmərəliliyə və bərpa olunan enerji mənbələrinə iqtisa-
di inkişaf strategiyası kimi dəyər verir. Avropa Komissiyasının
Bərpa olunan
enerji mənbələri Direktivinə nəzər yetirsək görərik ki, bərpa olunan enerji
mənbələrinin inkişafı çərçivəsində son enerji istehlakında bu mənbələrin payı
hədəf 20%, nəqliyyatda isə 10% təşkil etməlidir. Bu iki məqsəd Avropa Birliyi-
nin (AB)2020 - İnkişaf Konsepsiyasının
əsas hədəflərindəndir
2
.
Dostları ilə paylaş: