Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə63/155
tarix02.01.2022
ölçüsü7,28 Mb.
#1179
1   ...   59   60   61   62   63   64   65   66   ...   155
2.7.1. Sosial-mədəni baryerlər
10
 
Ənənəvi olaraq, əksər cəmiyyətlər AEM-dən istifadənin ətraf mü-
hit üçün faydalı və səmərəli olması fikrini dəstəkləyirlər. Bu istiqamətdə 
aparılmış bir çox araşdırmalar və rəy sorğuları da yüksək ictimai dəstəyin 
9
PANJA: Carbon Trading in Africa [pdf], Brief 3, March 2012
10  IPCC SREEN: Special Report on Renewable Energy Sources and Climate Change Mitigation [pdf], Final
Release


- 59 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
mövcudluğunu təsdiq etmişdir. Lakin o da qeyd olunmalıdır ki, AEM-in 
ümumi ictimai dəstək göstəricisi onun yerli səviyyədə icrasının fərdlərə 
və qruplara birbaşa təsir etdiyi hallarda qəbul olunması və dəstəklənməsi 
göstəricisi ilə uyğun gəlməyə də bilər. Məsələn, bəzi ölkələrdə iri yeni 
tikintilərin və qurğuların həyata keçirilməsi bir sıra hallarda artan ictimai 
narazılıqla qarşılanır. 
AEM layihələrinin həyata keçirilməsi və onların Dİ-yə mümkün təsirləri 
baxımından sosial-mədəni baryerlərin müxtəlif mənbələri mövcuddur. On-
lar birbaşa cəmiyyət və fərdi dəyər və normaları ilə əlaqəli olur. Bu cür dəyər 
və normalar AEM texnologiyalarının və onların işlənməsinin fərdlər, qruplar 
və cəmiyyətlər tərəfindən qavranılmasına və qəbul olunmasına təsir göstərir. 
Qeyd etmək lazımdır ki, həmin baryerlər sosial-mədəni məsələlərə qeyri-
adekvat yanaşmadan və anlayışdan irəli gələ bilər. Məsələn, bu baxımdan belə 
baryerlərə biomüxtəliflikvə ekosistemə təsir də daxil olmaqla davranış, təbii ya-
şayış məskənləri, təbii və insan irsi qalıqları, landşaft, su və torpaqdan istifadə 
hüquqları, həmçinin onların rəqabətli istifadəyə açıq olması ilə bağlı baryerlər 
aiddir
11
. İri layihələr yalnız ictimaiyyətin tam dəstəyi olduğu halda səmərəli 
şəkildə həyata keçirilə bilər. AEM layihələrinin verə biləcəyi qazanc ictimaiyyət 
tərəfindən tam başa düşülməlidir. 

Yüklə 7,28 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin