- 60 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
tensial istehlakçılar arasında məlumatın olmaması və ya düzgün başa
düşülməməsi ilə əlaqələndirilir. Belə amillər bazarın formalaşmasına bir-
başa mənfi təsir göstərir və enerji sektorunda aydın hiss olunur.Bu cür
məlumatsızlıq adətən AEM-in icrasına, habelə bütövlükdə iqtisadiyyatın
tərəqqisinə təkan verən kiçik və orta müəssisələrin inkişafının qarşısını
alan ən vacib amillərdən hesab edilir. Göstərilən problemlər əksər hal-
larda sistemin çökməsinə və ya funksionallığının itirilməsinə səbəb olur.
Sonda AEM texnologiyalarının sahibkarlıq hüququ özəl sektorun əlində
olarsa və üstəlik, bu texnologiyaların bazara girişi də həmin şirkətlərin
dominantlığı altında həyata keçirilərsə, bu zaman AEM texnologiyaları-
nın inkişafı və istifadəsi üçün bu “oyunçular”ın bazar qabiliyyətinə diqqət
yetirmək olduqca vacibdir
12
. Ona görə də belə layihələrin davamlılığının
və keyfiyyətinin yüksəldilməsi məqsədilə texniki və biznes imkanlarını ar-
tırmaq vacibdir.
Dostları ilə paylaş: