- 58 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
göstərildiyindən daha az olan ölkələrdən və yaxud şirkətlərdən atmosferə
əlavə atılmalar üçün ödənişli yolla icazə ala bilərlər. Sənəddə əksini tapan
kvota sistemi İXQ bazarının aktiv formalaşmasına və karbon kreditlərinin
inkişaf etməsinə təkan verdi. Məsələn, Misirin şimal sahilində yerləşən Af-
rikanın ən iri gübrə zavodu 2010-cu ildə atmosferə buraxılan karbon tul-
lantılarının $25 milyon dəyərində kompensasiyasını təqdim etmişdir. Bu
kompensasiyalar Almaniyanın sənaye ürəyi sayılan Reyn-Rur bölgəsində
kömürlə işləyən 5 elektrik stansiyasına satılmışdır
9
.
AEM texnologiyaları digər enerji resursları ilə müqayisədə ətraf mühitə
daha az zərər vurur, eyni zamanda ümumi İXQ emissiyalarını azaltmaqla,
etibarlı və davamlı enerji xidmətləri təklif edir. Bu baxımdan, AEM həm ge-
osiyasi, həm də dəyişən enerji qiymətləri problemlərini azaldaraq, yeni tex-
nologiyaların yaranmasına və yerli iqtisadiyyatın inkişafına zəmin yaradır.
Yuxarıda göstərilən amillər bir daha sübut edir ki, iqlim dəyişikliyi və ətraf
mühitə dəyən zərərli təsirləri azaltmaq məqsədilə İXQ emissiyalarının azal-
dılması AEM texnologiyalarına artmaqda olan tələbatın prioritet hədəfidir.
Dostları ilə paylaş: