Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə57/155
tarix02.01.2022
ölçüsü7,28 Mb.
#1179
1   ...   53   54   55   56   57   58   59   60   ...   155
2.3. Sosial-iqtisadi inkişaf
Məlum olduğu kimi, enerji sektoru iqtisadi inkişafa təkan verən əsas 
mexanizmlərdən biridir. Hazırda artan enerji tələbatı əksər ölkələrin iq-
tisadiyyatına mənfi təsir göstərməklə, onları enerji istehsalçılarından ası-
lı vəziyyətə salır. Ümumiyyətlə, iqtisadi nəzəriyyədə iqtisadi inkişafın 
ölçülməsi üçün Ümumi Daxili Məhsulun artımından və adambaşına düşən 
Ümumi Daxili Məhsulun dinamikasından istifadə olunur. İnsan İnkişafı 
İndeksi isə cəmiyyətin rifahını, insanların alıcılıq qabiliyyətini, gəlirlərini 
və savadlılıq səviyyəsini müəyyən edir
4
. Lakin qeyd olunan bu iki iqtisadi 
indeks sosial və iqtisadi inkişafın davamlılığının ölçülməsində tam yetərli 
deyil.Bu səbəbdən də ümumi enerji intensivliyi göstəricisindən istifadə 
etməklə ölkədə $1 ÜDM üçün istifadə olunan enerji miqdarının müəyyən 
edilməsi daha düzgündür. Göstərilən amillərdən başqa, AEM-in inkişafı 
yeni iş yerlərinin açılması kimi əlavə iqtisadi gəlirlər də yaradır.  Məsələn, 
UNEP-in 2008-ci ildə apardığı araşdırmalara əsasən, dünyada təxminən 2,3 
milyon insan AEM sahəsində çalışır və bir çox dövlətlərdə yeni iş yerlərinin 
3
IPCC SREEN: Special Report on Renewable Energy Sources and Climate Change Mitigation [pdf], Final
Release
4
ibid


- 55 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
açılması bu sahəyə investisiya yatırılmasının əsas səbəblərindəndir. AEM-in 
inkişaf etdirilməsi bahalı enerji avadanlıqları istehsalına söykənən ənənəvi 
enerji resurslarından fərqli olaraq, daha çox işçi bazarının formalaşmasına 
yönəlir.Artıq bir çox dövlətlər bu istiqamətdə təqdirə layiq addımlar at-
mışlar. 2011-ci ildə Almaniyada bu sahədə təxminən 372 min iş yeri möv-
cud olmuş və 2010-cu illə (360 min) müqayisədə 3% artmışdır. Almaniya 
hökuməti bu göstəricini 2020-ci ilə 400-500 minə, daha sonra – 2030-cu ilə 
isə təxminən 710 minə çatdırmağı nəzərdə tutur
5


Yüklə 7,28 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin