Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF


Alternativ (bərpa olunan) enerji mənbələrinin



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə66/155
tarix02.01.2022
ölçüsü7,28 Mb.
#1179
1   ...   62   63   64   65   66   67   68   69   ...   155
2.8.Alternativ (bərpa olunan) enerji mənbələrinin 
normativ-hüquqi çərçivədə inkişaf etdirilməsi 
Hazırda dünyanın demək olar ki, bütün ölkələri öz enerji ehtiyacları-
nı neft, təbii qaz və kömür kimi ənənəvi enerji mənbələri hesabına ödəyir. 
Ənənəvi enerji resursları tükənəndir, ətraf mühit üçün zərərlidir və bundan 
başqa, artan enerji qiymətləri iqtisadiyyata da mənfi təsir göstərir. Bunun 
əksinə, AEM ekoloji cəhətdən təmiz və tükənməzdir. 
Müxtəlif enerji mənbələrinə görə, AEM-i beş qrupa bölmək olar. Ən 
qədim və geniş yayılmış mənbələrdən biri hidro-enerji hesab olunur. Hid-
ro-enerji sadəcə sudan əldə edilən və elektrik enerjisinə çevrilən enerjidir. 
Bu enerji resursu bir çox metodlarla əldə edilə bilər, lakin sudan enerji-
nin istifadə edilməsinin ən çox yayılmış metodu hidro-elektrik stansiya 
bəndidir.  Biokütlə enerjisi bütün üzvi materialların istifadəsi ilə alınan 
enerjidir. Biokütlə enerjisinin üstünlüyü ondadır ki, o, asanlıqla saxlanıla və 
enerjiyə tələbat yarandıqda istifadə oluna bilər. Geotermik enerji torpaqda 
yığılan istiliyi ifadə edir. Torpaq istiliklə iki mənbədən, planet və günəşin 
aktiv istilik zonasından təchiz edilir. Günəş enerjisi - Günəş işığından əldə 
edilən enerji mənbəyidir. Hazırda bir çox ölkələr günəş enerjisi texno-
logiyalarından istifadə edərək, enerjiyə olan ehtiyaclarının bir hissəsini 
ödəyirlər. Qeyd edə bilərik ki, yer səthinə düşən günəş enerjisinin miqdarı 
bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çoxdur.
14
 
Külək enerjisi – küləyi meydana gətirən hava axınının yaratdığı hərəkət 
(kinetik) enerjisidir . Külək enerjisi digər alternativ enerji mənbələri olan 
günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya 
14  United States Export Council for Renewable Energy (US/ECRE): “Renewable Energy Overwiew. Chapter I”
[Online] Available at: http://www.oas.org/dsd/publications/Unit/oea79e/ch05.htm [Accessed Oct. 27, 2013]


- 62 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. Külək 
turbinləri həm quruda, həm də dənizdə quraşdırıla bilər.

Yüklə 7,28 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin