Microsoft Word sernishin-vaqonun-beledchisi-ucun-telimat docx



Yüklə 171,54 Kb.
Pdf görüntüsü
səhifə1/15
tarix02.01.2022
ölçüsü171,54 Kb.
#47986
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   15
28242-sernishin-vaqonun-beledchisi-ucun-telimat (1)



Sərnişin vaqonu bələdçiləri üçün 

 

TƏLĐMAT



  

1. Ümumi qaydalar  

1.1. Sərnişin vaqonu bələdçiləri üçün təlimat (bundan sonra – Təlimat) “Azərbaycan 

Dəmir  Yolları”  Qapalı  Səhmdar  Cəmiyyəti  (bundan  sonra  –  ADY  QSC)  respublika 

daxilində,  eləcə  də  beynəlxalq  və  dövlətlərarası  hərəkət  edən  sərnişin  qatarlarının 

vaqon bələdçilərinin tərtibat məntəqələrində sərnişin qatarlarının yola (reysə) hazır-

lığı,  sərnişin  qatarının  yolda  hərəkəti  və  qatar  dövriyyə  məntəqəsinə  çatan  zaman, 

eləcə  də  əlavə  olaraq  beynəlxalq  və  dövlətlərarası  hərəkət  edən  sərnişin 

qatarlarının  vaqon  bələdçilərinin,  sürətli  qatarın  və  sonuncu  (quyruq)  vaqon  bələd-

çisinin  əsas  vəzifələrini,  hüquq  və  cavabdehliklərini  müəyyən  edən  normativ 

sənəddir. 

1.2. Sərnişin qatarının vaqon bələdçisi (bundan sonra – vaqon bələdçisi) vəzifəsinə 

18  yaşına  çatmış  xüsusi  təhsil  ocaqlarında  və  ya  qatarlarda  sərnişinlərə  xidmət 

müəssisələrində  müəyyən  edilmiş  proqram  üzrə  təlim  keçən,  avadanlıqların 

quruluşu  və  istismarı  qaydalarına,  sərnişin  vaqonlarının  konstruksiyalarına  xidmət 

qaydalarına  yiyələnən,  əməyin  mühafizəsi  qaydalarına,  yanğın  təhlükəsizliyi 

tələblərinə,  sanitariya  minimumu  və  bu  Təlimatın  1.7-ci  bəndində  göstərilən 

normativ-texniki  sənədlərə  dair  biliyi  yoxlanaraq  imtahan  verən  şəxslər  qəbul 

edilirlər. 

Eyni  zamanda  vaqon  bələdçisinin  sonradan  iş  prosesində  də  yuxarıda  göstərilən 

normativ-texniki  və  digər  sənədlərin  tələblərini  mənimsəmək  üzrə  biliklərinin 

yoxlanılması məqsədi ilə o, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin (bundan 

sonra – Nazirlik) müəyyən etdiyi qaydada sınaq imtahanları verir. 

Vaqon  bələdçisi  vəzifəsinə  təyin  edilən  şəxslər  Nazirliyin  müəyyən  etdiyi  qaydada 

həmin işə yararlılığı barədə tibbi müayinədən keçir. 



1.3.  Firma  sərnişin  qatarlarına,  “SV”  tipli  birbaşa  yol  gedən  yataq  sərnişin 

vaqonlarına,  sonuncu  (quyruq)  vaqonlara  və  tam  kondisiyalaşdırma  qurğusu  ilə 

təchiz  edilmiş  sərnişin  vaqonlarına  xidmət  üçün  iş  təcrübəsi  bir  ildən  az  olmayan, 

sürətli  sərnişin  qatarlarına  isə  iş  təcrübəsi  iki  ildən  az  olmayan  bələdçilər  təyin 

edilirlər. 

1.4.  Vaqon  bələdçisi  vaqonun  isitmə,  elektrik  avadanlığı,  havalandırma 

(ventilyasiya),  məişət  soyuducuları  və  susoyuducuları,  məcburi  havalandırma  və 

havanın kondisiyalaşdırılma qurğularının,  yanğın işarəvericisinin (“UPS”), dövretmə 

nasoslarının,  suqaynadıcıların,  buksun  qızmasına  nəzarət  işarəverici  sisteminin 

(“SKNB”) və digər vaqon qurğularının ümumi quruluşunu və onların düzgün istismarı 



qaydalarını  bilməli,  eləcə  də  daxili  avadanlığın  və  inventarın  qorunmasını  təmin 

etməlidir. 




Yüklə 171,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin