Microsoft Word sernishin-vaqonun-beledchisi-ucun-telimat docx


 Qatarın yolda hərəkəti zamanı vaqon bələdçisinin vəzifələri



Yüklə 171,54 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix02.01.2022
ölçüsü171,54 Kb.
#47986
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   15
28242-sernishin-vaqonun-beledchisi-ucun-telimat (1)

 3. Qatarın yolda hərəkəti zamanı vaqon bələdçisinin vəzifələri  

3.1. Qatarın yolda hərəkəti zamanı aşağıdakılar bələdçinin vəzifə borcudur: 

növbətçilik  zamanı  üzərində  adı,  soyadı  və  vəzifəsi  yazılan  vizit  kartoçkasının 

(nişanının) olması; 

sanitariya  qaydalarına  müvafiq  olaraq  vaqonun  daimi  təmizliyini  və  komfortluğunu 

təmin edən normal temperaturu saxlamaq; 

vaqonun daxili avadanlıqlarının və vaqonlararası keçid meydançalarının düzgünlüyü 

vəziyyətinə nəzarət etmək; 

sanitariya  qaydalarına  müvafiq  olaraq  vaqonda  gündə  ən  azı  2  dəfə  nəmli 

təmizləmə  işləri  aparmaq,  tualetdə  isə,  zərurət  yaranarsa  gündə  4  dəfədən  az  ol-

mayaraq döşəmələri yumaq; 

elektrik  istilik  sistemli  vaqonların  döşəmələrini,  ancaq  isitmə  sistemini  açdıqdan 

sonra yumağa icazə verilir; 

kombinə  edilmiş  istilik  sistemli  vaqonlarda  qazanxana  şöbəsindən  başqa 

döşəmənin,  sobanın  yüksək  gərginlikli  elektrik  qızdırıcılarını  dövrədən  açmadan, 




nəm  əsgi  ilə  silinməsinə  icazə  verilir.  Kombinə  edilmiş  istilik  sistemli  vaqonların 

döşəməsinin qazanxana bölməsindən başqa, istilik sisteminin qızdırıcı elementlərini 

acmadan yuyulmasına icazə verilir; 

vaqonda zibil, üzərində “zibil üçün” sözləri yazılmış xüsusi qaba yığılmalı sonra isə 

vaqonun  qazanxanasında  yandırılmalı  və  ya  bunun  atılması  üçün  cədvəldə 

göstərilən  müəyyən  stansiyalarda,  tərtibat  və  dövriyyə  məntəqələrində  atılmalıdır. 

Külü  və  zibili  yollara,  həmçinin  tamburun  döşəməsinə,  vaqonun  keçid 

meydançasına atmaq qadağandır; 

sərnişin qatarlarında sərnişinlər yerli vaxtla saat 8

00

-dan – 10



00

-dək, 15


00

-dən – 17

00

-

dək,  20



00

-dən  –  22

00

-dək  üç  dəfədən  az  olmayaraq,  firma  qatarlarında  və  bütün 



kateqoriyalardan olan qatarların “SV” vaqonlarında isə sərnişinlərin tələbi ilə günün 

istənilən  vaxtında  çay,  qəhvə,  qənnadı  məlumatları  ilə  təmin  edilməlidirlər. 

Sərnişinlərə xidmət edərkən bələdçi ağ gödəkcədə və ya ağ önlükdə olmalıdır; 

suqaynadıcıda isti və susoyuducuda soyuq suyun olmasını təmin etməlidir; 

yataq yerləri olan vaqonlarda sərnişinləri yataq dəsti ləvazimatları ilə təmin etmək; 

yolda hərəkət zamanı sərnişinin istəyi ilə istifadə edilmiş yataq ləvazimatlarını imkan 

daxilində əlavə ödənc hesabına dəyişmək, 

yataq  dəstlərini  sərnişinlərin  yerinə  aparmaq,  eləcə  də  əlillərin,  xəstələrin,  yaşlı 

sərnişinlərin və azyaşlı uşaqları olan sərnişinlərin yataq yerini salmaq (düzəltmək); 

yataq  dəstlərinin  yığışdırılmasını  sərnişinlər  düşdükdən  sonra,  müstəsna  hallarda 

isə  sərnişinin  razılığı  ilə,  qatarın  stansiyaya  çatmasına  30  dəqiqə  qalmış  həyata 

keçirmək; 

radio  qurğu  sıradan  çıxdıqda  sərnişinlərə  gündüz  vaxtı  dayanma  məntəqələrinin 

adlarını  elan  etmək,  sanitariya  zonalarının  sərhədləri  və  qatarın  dayanma  müddəti 

barədə məlumat vermək; 

sanitariya  zonalarının  tələblərinə  ciddi  riayət  etmək,  bu  zonalardan  keçərkən 

tualetlərin qapılarının bağlı olmasını təmin etmək; 

vaqonun  pəncərələrinin  ehtiyac  olarsa  bir  tərəfdən  –  dəhliz  tərəfdən  (ikixətli 

sahələrdə –  çöl tərəfdən) açılmasına, havanın tam kondisiyalaşdırıldığı vaqonlarda 

isə kondisioner işləyərkən pəncərələrin bağlı olmasına nəzarət etmək; 

sərnişinlərin  sanitar  qovşağından  maneəsiz  istifadəsini  (sanitariya  zonaları  və 

stansiyaları, qatarların dayanacaqları istisna olmaqla) təmin etmək; 




“LU-72”  və  ya  “ĐNU-4”  formalı  blanklarda  sərnişinlərin  yerləşdirilməsi  və  yataq 

dəstlərinlən  istifadənin,  “LU-73”  formalı  blanklarda  isə  boş  və  boşalacaq  yerlərin 

qeydiyyatını aparmaq; 

növbənin  qəbul-təhvili  zamanı  qovluqda  gediş  sənədlərinin(biletlərin)  olub-

olmamasını  və  onların  sərnişinlərin  tutduğu  yerlərə  uyğunluğunu  və  yataq 

dəstlərinin  məsrəfini  yoxlamaq  və  “LU-72”  və  ya  “ĐNU-4”  və  “LU-73”  formalı 

blanklarda müvafiq qeydlər etmək; 

sərnişinlərə ilkin tibbi yardım göstərmək; 

mərkəzləşdirilmiş  elektrik  istilik  sistemi  olmadıqda,  bunun  üçün  bərk  yanacaqdan 

istifadə  edildikdə  vaqonun  sərnişin  otaqlarında  istiliyin  saxlanması  norması  bu 

Təlimatın 2.9-ci bəndinə uyğun olmalıdır; 

3.2. Sərnişinin günahından yataq ləvazimatları itərsə, xarab olarsa, eləcə də kimyəvi 

təmizlənmə  tələb  olunan  səviyyədə  çirklənərsə  və  ya  vaqonun  inventarı  və 

avadanlığı  sıradan  çıxarsa  (zədələnərsə)  bu  barədə  vaqon  bələdçisi  qatar  rəisinə 

məlumat  verməli,  o  isə  öz  növbəsində,  zədələnmiş  və  itmiş  əmlakın  qiymət 

cədvəlinə  əsasən  sərnişini  cərimə  etməli  və  ona  ödəniş  haqqında  “QU-57”  formalı 

qəbz verməlidir. 




Yüklə 171,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin