Microsoft Word sernishin-vaqonun-beledchisi-ucun-telimat docx


 Qatar dövriyyə məntəqəsinə çatan zaman bələdçinin vəzifələri



Yüklə 171,54 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix02.01.2022
ölçüsü171,54 Kb.
#47986
növüQaydalar
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
28242-sernishin-vaqonun-beledchisi-ucun-telimat (1)

4. Qatar dövriyyə məntəqəsinə çatan zaman bələdçinin vəzifələri  

4.1.  Sərnişin  qatarı  dövriyyə  məntəqəsinə  çatdıqdan  sonra  vaqon  bələdçisi 

borcludur: 

vaqonu  yoxlamaq,  yaddan  çıxmış  əşya  aşkar  edildikdə  onları  akt  tərtib  etməklə 

yaddan çıxan əşyaların saxlandığı kameraya təhvil vermək; 

kənar şübhəli əşya aşkar edildikdə “Sərnişin qatarlarında terror aktlarının qarşısının 

alınması  və  sərnişinlərin  təhlükəsizliyinin  təmin  edilməsi  üzrə  qatar  briqadası 

işçilərinin Yaddaş kitabçası”nı rəhbər tutmaq; 

vaqon  avadanlıqlarını  müayinə  etmək,  hər  hansı  bir  çatışmazlıq  və  ya  nasazlıq 

aşkar edildikdə onun aradan qaldırılması ilə əlaqədar tədbirlər görülməsi üçün qatar 

rəisinə və ya elektrik mexanikinə xəbər vermək; 

vaqonu  geri  reysə  hazırlamaq:  sərnişin  salonunu,  xidməti  otaqları  və  tualetləri 

yumaq,  hərəkətedici  hissələri,  tormoz  və  avtomatik  qoşqu  avadanlıqlarını,  keçid 

meydança və tamburları, ayaqaltı və tutacaqları çirkdən, qar və buzdan təmizləmək, 

zibil  yeşiklərini  təmizləmək  və  yumaq,  qapı  və  pəncərə  şüşələrini  silmək,  vaqonun 

su ilə təchiz olunmasına nəzarət etmək. 

4.2. Dövriyyə məntəqəsində vaqonlarda bələdçilərin növbətçilik qaydası iş cədvəlinə 

uyğun  müəyyənləşdirilir.  Bələdçi  növbədə  olmayan  vaxt  ərzində  öz  istəyi  ilə 

stansiyanın  ərazisini  (vaqonu)  tərk  edə  bilər.  Bunun  üçün  o  qərargah  vaqonuna 

gələrək qatar rəisini məlumatlandırır. Geri qayıtdıqda da qərargah vaqonuna gələrək 

qayıtması barədə qatar rəisinə məlumat verir.  


Yüklə 171,54 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin