Microsoft Word sernishin-vaqonun-beledchisi-ucun-telimat docx


 Beynəlxalq sərnişin qatarlarında vaqon bələdçilərinin əlavə vəzifə borcları



Yüklə 171,54 Kb.
Pdf görüntüsü
səhifə11/15
tarix02.01.2022
ölçüsü171,54 Kb.
#47986
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   15
28242-sernishin-vaqonun-beledchisi-ucun-telimat (1)

6. Beynəlxalq sərnişin qatarlarında vaqon bələdçilərinin əlavə vəzifə borcları  

6.1.  Beynəlxalq  sərnişin  qatarlarında  vaqonlara  xidmət  edən  qatar  briqadası 

müəyyən  edilmiş  davranış  normalarına  riayət  etməli,  qatarın  keçdiyi  dövlətlərin 

ərazisində  yaşayan  xalqların  adət  və  ənənələrinə  hörmətlə  yanaşmağa  və  həmin 

dövlətlərin qanunvericilik aktlarına riayət etməyə borcludur. 



6.2.  Qatarda  sərhəd və gömrük  yoxlaması aparılan zaman  vaqon bələdçisi sərhəd 

və gömrük orqanlarına kömək etməlidir. 



6.2.1. Sərhəd-gömrük yoxlamasının aparılması zamanı bələdçiyə qadağandır: 

vaqondan uzaqlaşmaq; 

sərnişinləri vaqondan buraxmaq və ya vaqondan keçirmək. 

6.2.2.  Qatarın  sərhəd  stansiyalarına  çatmasına  10  dəqiqə  qalmış  bələdçinin  vəzifə 

borcudur: 

qeyri-işlək  tamburda  tualetləri  və  qapını  bağlamaq.  Gecə  vaxtı  vaqonda  tam 

işıqlandırılmanı qoşmaq; 

sərnişinlərə  qarşıdakı  sərhəd-gömrük  yoxlaması  haqqında  məlumat  vermək,  onun 

aparılma qaydasını sərnişinlərə izah etmək və sərhəd-gömrük yoxlanışının vacibliyi, 

(sənədlərin, baqajın yoxlama üçün hazırlanması) barədə onları xəbərdar etmək; 

yoxlama vaxtı vaqonun kupesindən çıxmağın qadağan olunması barədə sərnişinləri 

xəbərdar etmək; 

6.3. Beynəlxalq sərnişin qatarının vaqon bələdçisi bu Təlimatda göstərilən normativ 

sənədlərdən başqa aşağıdakıları da bilməlidir: 




Beynəlxalq  sərnişindaşıma  barədə  Sazişi  (“SMPS”)  və  “SMPS”-ə  əlvə  Xidməti 

vəzifə təlimatını, eləcə də yol sənədlərinin aparılması qaydasını; 

beynəlxalq sərnişindaşımada (“PPV”) vaqonlardan istifadə qaydalarını; 

hərəkət  marşrutunda  sərnişinlərlə  və  xarici  dövlətin  dəmir  yolu  işçiləri  ilə  lazımi 

ünsiyyət yaratma həcmində xarici dili; 

yolda hərəkət zamanı keçdiyi dövlətlərin dəmir yolu  qaydalarını, eləcə də vaqonun 

təyinat  ölkəsinin  dəmir  yolunda  və  tranzit  dəmir  yollarında  tətbiq  edilən  qatar  və 

manevr işarələrini; 

xidmət  etdiyi  istiqamətdə  dəmir  yolu  stansiyalarının  və  qatardəyişmə  (bir  qatardan 

düşüb digər qatara minmə) məntəqələrinin yerləşməsini; 

qatarın  və  ya  vaqonun  keçdiyi  ölkədə  qüvvədə  olan  ümumi  gömrük,  sərhəd  və 

valyuta qanunlarını. 



6.4.  Qoşma  vaqonların  vaqon  bələdçiləri  “Azərbaycan  Dəmir  Yolları”  Qapalı 

Səhmdar  Cəmiyyətinin  xaricdəki  nümayəndəliklərinin  telefon  nömrələrini  və 

ünvanlarını  bilməli  və  gözlənilməz  hadisə  baş  verdikdə  bu  barədə  dərhal 

nümayəndəliyə xəbər verməlidir. 



6.5. Yolda hərəkət zamanı bələdçinin vəzifə borcudur: 

sərnişinlərə  onların  gedişi  haqqında  lazımi  izahatlar  vermək  və  ya  onların  digər 

vəzifəli şəxslərdən izahat almalarına köməklik etmək; 

yataq  yerlərini  vaxtında  salmaq  (düzəltmək),  sərnişinləri  qəzet,  jurnal,  reklam  və 

informasiya materialları, eləcə də çay ərzağı, şahmat və s. mədəni inventarla təmin 

etmək; 


sərnişinlərin  tələbi  ilə  beynəlxalq  gediş  sənədlərində  müəyyən  edilmiş  qeydlər 

aparmaq və onları stansiyanın möhürü (ştempeli) ilə təsdiqlətmək; 

vaqon texniki nasazlıq nəticəsində açıldıqda sərnişinləri bu barədə xəbərdar etmək 

və  gediş  sənədləri  (biletlər)  üzərində  vaqonun  açılması  barədə  müvafiq  qeydlər 

aparmaq,  sənədləri  və  plaskartları  onlara  vermək,  sərnişinləri  onların  razılığı  ilə 

başqa vaqonlarda yerləşdirmək üçün tədbirlər görmək, ilk növbədə uşaqlı qadınlara, 

əlillərə lazımi köməklik göstərmək. Sərnişinləri yataqlı yerləri olan “SV” vaqonlarında 

yerləşdirməyə  imkanı  olmadıqda,  qatar  rəisinin  köməyi  ilə  onları  oturacaq  yerləri 

olan vaqonlarda yerləşdirmək. 

6.6. “SV” və ya uzanmaq üçün yerləri olan vaqonlar açıldıqda bələdçinin borcudur: 

sərnişinlərə kupon kitabçası ilə birlikdə gediş sənədi, kupon və plaskartlar vermək; 




sərnişində  olan  plaskartda  və  bələdçinin  marşrutunda  bu  məzmunda  qeydiyyat 

aparılmalıdır:  “____”  _________  20             ci  il  tarixdə  ______  N-li 




Yüklə 171,54 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin