Microsoft Word sernishin-vaqonun-beledchisi-ucun-telimat docx


yanğın  təhlükəsilə  əlaqədar  vaqonları  təcili  tərk  etmənizi  xahiş  edirəm



Yüklə 171,54 Kb.
Pdf görüntüsü
səhifə8/15
tarix02.01.2022
ölçüsü171,54 Kb.
#47986
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
28242-sernishin-vaqonun-beledchisi-ucun-telimat (1)

yanğın  təhlükəsilə  əlaqədar  vaqonları  təcili  tərk  etmənizi  xahiş  edirəm. 

Vaqonun bütün qapıları və qəza çıxışları açıqdır”; 

elektrik  avadanlıqlarının,  işıqlandırma  sisteminin  idarəetmə  lövhələrində,  eləcə  də 

havalandırma  sisteminin  yerləşdiyi  zonadan  və  vaqonun  qəza  işıqlandırma 

dövrəsindən  (gecə  vaxtı)  başqa,  bütün  yüksək  və  alçaq  gərginlikli  elektrik  enerjisi 

istehlakçılarını açmaq; 

elektrik avadanlığı ilə əlaqəsi olmayan və ya naməlum səbəblərdən törənmiş yanğın 

zamanı  havalandırma sisteminin  yerləşdiyi  zonadan və vaqonun qəza işıqlandırma 

dövrəsindən  (gecə  vaxtı)  başqa,  bütün  yüksək  və  alçaq  gərginlikli  elektrik  enerjisi 

istehlakçılarını açmaq; 

elektrik  avadanlığını  şəbəkədən  açdıqdan  sonra  qatar  rəisinin  və  qatar 

elektromexanikinin gəlməsini gözləmədən yanğının söndürülməsinə başlamaq. 

3.16.  Sərnişinlərin  təxliyəsi  zamanı  qəza  baş  verən  vaqonun  və  qonşu  vaqonun 

bələdçilərinin vəzifə borcudur: 

qəza  baş  verən  vaqonun  hər  iki  tamburunun  bayır  qapılarını  (hündür  platforma 

olmadıqda eyni zamanda önlükləri) açmaq və onları rəzə ilə bağlamaq; 

qəza çıxışlarını (vaqonun konstruksiyası ilə nəzərdə tutulmuş yerlərdə) açmaq; 

qonşu vaqonların qapılarını açmaq və sərnişinlərin keçməsini təmin etmək; 

vaqonda  yanğının  əmələ  gəlməsi  yerindən  asılı  olaraq  yolda  hərəkət  zamanı, 

qatarın dayandırılması istisna edilən yerlərdə, qatarın hərəkətinin əks istiqamətində 




alovun  yayılması  nəzərə  alınmaqla  imkan  daxilində  (mümkün  qədər)  sərnişinlərin 

təxliyəsini həyata keçirmək; 

bütün  sərnişinlərin  vaqonu  tərk  etməsini  yoxlamaq,  bütün  sərnişinlərin  vaqonu  tərk 

etməsinə  tam  əmin  olduqdan  sonra  isə  mövcud  yanğınsöndürən  vasitələrlə 

yanğının söndürülməsinə başlamaq. 

3.17.  Qatarın  yolda  hərəkəti  zamanı  yanğın  təhlükəsizliyi  qaydalarının  tələblərinin 

yerinə yetirilməsi məsuliyyəti sərnişin vaqonlarında və vaqon-videosalonlarda vaqon 

bələdçilərinin, baqaj vaqonlarında – baqaj paylayıcılarının, poçt vaqonlarında – poçt 

vaqonları ekspeditorlarının, vaqon restoranlarda – vaqon-restoranların direktorunun, 

vaqon-kafelərdə  –  bələdçilərin  və  vaqon-kafe  müdirinin,  vaqon-dizel  elektrik 

stansiyalarında isə – dizel elektrik qurğularının baş mexanikinin üzərinə düşür. 



3.18.  Elektrik  avadanlıqlarının  idarəetmə  pult  və  lövhələrinin  nasazlığı  aşkar 

edildikdə  vaqon  bələdçisi  bu  haqda  qatar  rəisinə  və  ya  qatar  elektromexanikinə 

xəbər verməlidir. 

3.19.  Bələdçiyə  elektrik  avadanlığını,  soyuducu  və  rabitə  avadanlığını,  həmçinin 

buksun  qızmasına  nəzarət  işarəvericisini  və  yanğın  işarəverici  qurğusunu  təmir 

etmək  və  tənzimləmək  qadağandır.  Göstərilən  avadanlıqlarda  nasazlıq  aşkar 

etdikdə  bələdçi  onu  şəbəkədən  açmalı  (söndürməli)  və  qatar  elektromexanikini 

çağırmalıdır. 

3.20.  Civəli  kontakt  istilik  ölçəni  (termometr)  sındıqda  vaqon  bələdçisi  qatar  rəisini 

çağırmalı  və  dərhal  tökülmüş  civəni  qaba  yığmalı,  onun  vaqonun  döşəməsinə 

yayılmasına imkan verməməlidir. Civə insan dərisinə düşdükdə onu təmizləməli və 

“Dəmir yolu nəqliyyatında sərnişindaşımanın sanitar normaları”na müvafiq qaydada 

hərəkət etməlidir. 

3.21. Qatar rəisindən qatarın hərəkət marşrutunun dəyişməsi barədə məlumat alan 

vaqon  bələdçisi  sərnişinləri  yeni  marşrut  üzrə  hərəkət  qaydaları  barədə 

məlumatlandırmalıdır. Qatarda radio-rabitə olmadıqda lazımi məlumatı maşinist kö-

məkçisi birinci vaqonun bələdçisinə, o isə, öz növbəsində, digər bələdçilərə və qatar 

rəisinə çatdırmalıdır. 

Nasaz  sərnişin  vaqonunun  açılması  zamanı  bələdçi  sərnişinlərə  onların  qatarın 

başqa vaqonlarında yerləşdiriləcəkləri barədə vaxtında məlumat verməlidir. 

3.22.  Bələdçilərin  növbətçilik  qaydası  cədvəllə  müəyyən  edilir.  Cədvəl  hər  bir 

vaqonda daimi bir bələdçinin olmasını təmin etmək hesabı ilə tərtib edilir. 



3.23.  Sərnişin  qatarında  təftiş  yalnız  qatar  rəisinin  və  ya  onu  əvəz  edən  şəxsin 

iştirakı ilə aparıla bilər. 

Xidmət etdiyi vaqonda təftiş zamanı bələdçinin vəzifə borcudur: 



müfəttişlərin  xidməti  kupeyə  və  vaqonun  digər  otaqlarına  sərnişinlərə  rahatsızlıq 

törətmədən daxil olmasını təmin etmək; 

yataqlı  vaqonlarda  təftiş  edənlərə  sərnişinlərdən  alınmış  gediş  sənədləri  (biletləri) 

olan qovluğu təqdim etmək; 

ümumi və şəhərlərarası (vilayətlərarası) vaqonlarda sərnişinlərin gediş sənədlərinin 

(biletlərinin) yoxlanılması zamanı təftiş edənləri müşayiət etmək; 

təftiş  edənlərin  tələbinə  əsasən  boş  və  boşalacaq  yerlərin  düzgün  qeydiyyatını, 

yataq ləvazimatı dəstlərinin məsrəfini, həmçinin pullu xidmətlərə görə alınmış nağd 

pulların doğruluğunu təsdiq edən sənədləri təqdim etmək; 

təftiş  prosesində  sərnişinlərə  xidmətlə  bağlı  suallar  yarandıqda  lazımı  izahatlar 

vermək; 

vaqonda biletsiz sərnişinlərin və artıq əl yüklərinin daşınması, yataq dətlərinin təkrar 

istifadəsi və digər pozuntular (qanunsuzluqlar) aşkar edildikdə yazılı izahat vermək. 

3.24.  Vaqon  bələdçisi  xəstə  aşkar  etdikdə  və  ya  xəstəliyə  şübhə  olduqda, 

gözlənilməz  doğuş  yarandıqda  sərnişin  qatarının  rəisini  bu  barədə  məlumatlandır-

malıdır. Xəstələnmiş sərnişin və ya zahı yaxınlıqda tibb  məntəqəsi olan dəmir  yolu 

stansiyasında  düşürdülə  bilər.  Bu  zaman  xəstələnmiş  sərnişin  və  ya  zahının  stan-

siyanın  tibb  məntəqəsinin  işçilərinə  təhvil  verilməsi  və  əlavə  yataq  dəsti  istifadə 

olunması barədə akt tərtib edilir. 

Kəskin  bağırsaq  infeksiyası  və  qida  zəhərlənməsi  olan  xəstə  (xəstələr)  aşkar 

edildikdə vaqon bələdçisi borcludur: 

daxili  radio-rabitə  və  ya  qonşu  vaqonun  bələdçisi  vasitəsilə  xəstə  barədə  dərhal 

qatar rəisini məlumatlandırmağa; 

 tibb  işçiləri  gələnə  qədər  xəstəni  (xəstələri)  ayırıca  kupedə  izolə  edilmiş  halda 

saxlamağa. 



3.25.  Qatarın  yolda  hərəkəti  zamanı  vaqon  bələdçi  aşağıdakı  pozuntulara  görə 

məsuliyyət daşıyır: 

buksun qızmasına nəzarət işarəvericisini (“SKNB”) açmağa görə; 

həmin qatara gediş sənədi (bileti) olan sərnişinin minməsinə etiraz etməsinə görə; 

qatarın  cədvəl  üzrə  dayanacağı  nəzərdə  tutulan  aralıq  stansiyalarda  vaqondan 

çıxmadığına görə; 




sərnişinin gediş sənədində (biletdə) göstərilən təyinat stansiyasından tez və ya gec 

düşürülməsinə görə; 

sərnişinlərin  vaxtında  və  təhlükəsiz  şəraitdə  düşməsini  və  minməsini  təmin 

etməməyə görə; 

qatarın sxemi üzrə vaqonun sıra nömrəsinin olmamasına görə; 

vaqonun tualetinin birini istifadə üçün bağladığına görə; 

biletsiz sərnişinlərin və artıq əl yüklərinin daşınmasına görə; 

yataq dəstlərindən təkrar istifadəyə görə; 

göstərilən xidmət müqabilində müəyyən olunmuş qiymətdən çox pul almağa görə; 

xidməti kupedə və salonda siqaret çəkilməsinə görə; 

alkoqol, narkotik və ya toksiki keflənmə vəziyyətində olmağa görə; 

sərnişinlərin  yerləşdirilməsinin  və  yataq  dəstlərinin  məsrəfinin  qeydiyyatı  üzrə  “LU-

72” və ya “LNU-4” formalı blankları vaxtında doldurmamağa görə; 

boş və boşalacaq yerlər barədə məlumatları yanlış və ya vaxtında verməməyə görə; 

sərnişinlərə xidmət zamanı davranış etikasını pozmağa görə; 

müəyyən  edilmiş  forma  və  ya  firma  geyimlərinin  növbətçi  bələdçi  tərəfindən 

pozulmasına görə; 

3.26. Bələdçilərə qadağandır: 

paltar 


və 

digər 


əşyaları 

qazanxana 

otaqlarında, 

elektrik 

sobalarında, 

suqaynadıcılarda, mətbəx plitələrində qurutmaq; 

işıqlandırma və boru kəmərlərini qızdırmaq üçün açıq alovdan istifadə etmək; 

tezalışan mayeləri saxlamaq və daşımaq; 

elektrik  qızdırıcı  cihazlarında  və  vaqonun  elektrik  sxemində  nəzərdə  tutulmayan 

digər  məişət  avadanlıqlarını  (maqnitofonları,  radioqəbulediciləri  və  s.)  şəbəkəyə 

qoşmaq; 

istilik  sisteminin  qazanını,  suqaynadıcını  tezalışan  və  maye  yanacağın  (kerosin, 

benzin, yağ və s.) köməyi ilə alışdırmaq; 



qatarın hərəkəti zamanı vaqona minmək və vaqondan düşmək; 

vaqonu nəzarətsiz qoymaq. 




Yüklə 171,54 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin