Microsoft Word sernishin-vaqonun-beledchisi-ucun-telimat docx


Qeyd:  Vaqon  bələdçisi  lazım  gələrsə,  göstərilən  avadanlıqların  istifadə



Yüklə 171,54 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix02.01.2022
ölçüsü171,54 Kb.
#47986
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   15
28242-sernishin-vaqonun-beledchisi-ucun-telimat (1)

Qeyd:  Vaqon  bələdçisi  lazım  gələrsə,  göstərilən  avadanlıqların  istifadə 

qaydaları haqqında qatarın elektrik mexanikindən məsləhət almalıdır.  

2.5. Đsitmə mövsümündə aşağıdakılar bələdçinin əlavə olaraq vəzifə borcudur: 

işlək  vəziyyətdə  isitmə  şəbəkəsinin  sazlığını,  odluqda  barmaqlığın  olmasını,  əl  və 

dövri nasoslarının sazlığını yoxlamaq; 

isitmə  sistemində  suyun  olmasını  və  vaqonun  yanacaqla  təchizatını  yoxlamaq  və 

onu normaya görə almaq; 

qazanxana  yerində  odun,  silgi,  tezalışan  materialların  və  digər  kənar  əşyaların 

saxlanılmasına yol verməmək. 

2.6.  Bələdçi  vaqonun  qəbulu  prosesində  bütün  aşkar  edilən  nasazlıq  və 

çatışmazlıqlar barədə qatar rəisinə və qatar elektrik  mexanikinə  müvafiq tədbirlərin 

görülməsi üçün məlumat verməyə borcludur. 

2.7. Yola düşməzdən qabaq bələdçi çay satışı ərzağını (çay, qənd, qəhvə, qənnadı 

məmulatları, sərinləşdirici içki və qida məhsullarının başqa növlərini) almalıdır. 

Sonuncu  (quyruq)  vaqonun  bələdçisi  eləcə  də  konduktorun  çantasını  qatar 

rəisindən almalı və onu xidməti kupesinde saxlamalıdır. 



2.8. Bələdçi vaqona hər iki tərəfdən marşrut lövhələrini, pəncərənin iç tərəfindən isə 

qatarın tərtibat sxeminə uyğun olaraq vaqonun sıra nömrəsini asmalıdır. 




2.9.  Qatar  sərnişinlərin  minməsi  üçün  verilməzdən  öncə  qış  və  ilin  keçid  vaxtında 

vaqonun  sərnişin  otaqlarında  temperatur  +18–+22°C,  yayda  isə  +22–+26°C 

həddində saxlanmalıdır. Đlin qış və keçid  dövrlərində bütün növ vaqonlar üçün,  yay 

vaxtı isə yalnız tam kondisiyalaşdırılmış vaqonlar üçün vaqonun sərnişin otaqlarında 

havanın temperaturu normalaşdırılır. 

2.10. Sərnişinlər qatara minən zaman bələdçi borcludur: 

Vaqonun  işçi  tamburunun  açıq  qapısı  qarşısında  durmaq  (vaqonun  qalan  qapıları 

daxili  kilidlə  bağlı  olmalıdır),  sərnişinlərin  gediş  sənədlərini  (biletləri)  o  cümlədən 

şəxsiyyətlərini təsdiq edən sənədləri yoxlamaq. 

sərnişinləri  biletlərinin  onları  yola  salanlarda  unudulub  qalmaması  barədə  və  yola 

düşməyə 5 dəqiqə qalmış isə yola salanları sərnişin qatarının yola düşməsi barədə 

xəbərdar etmək; 

sərnişinlərin  tezalışan  və  partlayıcı  materiallarla  və  maddələrlə  vaqona  minməsinə 

yol verməmək; 

sərnişinlərin həddən çox sərxoş halda vaqona minməsinə yol verməmək. 

əl  yüklərinin  müvafiq  normalara  uyğun  olaraq  daşınması  qaydalarına  riayət 

olunmasına nəzarət etmək. 




Yüklə 171,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin