Microsoft Word sernishin-vaqonun-beledchisi-ucun-telimat docx



Yüklə 171,54 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix02.01.2022
ölçüsü171,54 Kb.
#47986
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   15
28242-sernishin-vaqonun-beledchisi-ucun-telimat (1)

3.3. Qatarın hərəkəti zamanı vaqon bələdçiləri baş və sonuncu (quyruq) vaqonlarda 

qeyri-işlək  tamburun  yan  və  kəllə  qapılarını  daxili  kilidlə  (“sekretka”)  və  xüsusi 

açarla bağlı saxlamalıdırlar. Digər vaqonlarda isə  qeyri-işlək tamburun  yan qapıları 

daxili kilid və xüsusi açarla, işlək tamburda isə  yalnız daxili kilidlə bağlanır. Vaqon-

dan vaqona keçmək üçün kəllə qapıları bağlı olmamalıdır. 

3.4.  Vaqon  bələdçisi  sərnişinləri  onların  düşəcəyi  stansiyaya  çatmasına  30  dəqiqə 

qalmış bu barədə xəbərdar etməlidir. 

Qatar  stansiyaya  çatdıqdan  və  tam  dayandıqdan  sonra  vaqon  bələdçisi  minik 

platforması  tərəfdən  işlək  tamburun  qapısını  açmalı,  yüksək  platforma  olmadıqda 

isə açılan meydançanı (önlüyü) qaldırmalı və cəftə ilə bağlamalı, tutacaqları silməli 

və  sərnişinlərin  vaqondan  düşürülməsinə  və  mindirilməsinə  başlamalıdır.  Qatar 

dayanacaqda 5 dəqiqədən az dayandıqda və vaqondan düşən və ya vaqona minən 

sərnişin  olmadıqda  vaqon  bələdçisi  qapını  açmalı  və  tamburda  dayanaraq  sər-

nişinlərə  vaqondan  çıxmamağı  məsləhət  görməlidir;  sərnişin  qatarı  yola  düşən 

zaman  qapını  bağlamalı,  sonuncu  (quyruq)  və  qərargah  vaqonun  bələdçiləri  isə 

stansiyanın  platformasının  sonuna  qədər  qatarı  müşayiət  etməli  və  sonra  eyni  ilə 

tambur qapılarını bağlamalıdırlar. 



3.5.  Qatar  stansiyada  10  dəqiqədən  çox  dayandıqda  vaqon  bələdçisi  vaqonaltı 

avadanlıqları,  tormoz  dartı  ötürücülərini  nəzərdən  keçirməli,  qış  vaxtlarında  isə 

tormoz  dartı  ötürücülərinin  normal  işinə  maneə  yarada  biləcək  buzları  qoparmalı, 



eləcə  də  akkumulyator  batareyalarının  deflektorlarını  buzdan  və  qardan 

təmizləməlidir. 



3.6.  Stansiyada  dayanan  sərnişin qatarlarının  bələdçiləri  qonşu  yolla  hərəkət  edən 

sərnişin  qatarının  keçməsindən  öncə  vaqonun  həmin  tərəfdən  qapılarını  bağlamalı 

və sərnişinləri qonşu yolla keçməsi gözlənilən qatar barədə xəbərdar etməlidir. 

3.7.  Xətti  stansiyalarda  bələdçi  gediş  sənədlərinin  (biletlərin)  hansı  vaqona 

verilməsindən  asılı  olmayaraq  gediş  sənədli  (biletli)  sərnişinlərin  həmin  qatara 

minməsini  təmin  etməli  və  qatar  hərəkətdə  olarkən  sərnişinlərin  qatara  minməsinə 

və düşməsinə yol verməməlidir. 



3.8.  Vaqona  minəndən  sonra  bələdçi  sərnişinlərdən  gediş  sənədlərini  (biletləri) 

alaraq,  komposter  nişanlarını  pozmadan  azca  cırmaqla  onu  ləğv  etməlidir.  Sonra 

əsas  gediş  sənədi  sərnişinə  qaytarılır,  nəzarət  kuponu  isə  bələdçidə  saxlanılır. 

Qatar  təyinat  məntəqəsinə  çatdıqdan  sonra  nəzarət  kuponları  qatar  rəisinə  təhvil 

verilir.  Yolda  hərəkət  zamanı  başqa  sərnişin  qatarına  minməli  olan  tranzit 

sərnişinlərin  və  yolda  dayanmaq  istəyən  sərnişinlərin  yol  sənədləri  (biletləri)  ləğv 

edilmir. 

Bütün  növ  xidməti  dəmir  yolu  gediş  sənədləri  ləğv  edilmir  və  sərnişinin  özündə 

saxlanılır. 

Yataq  yerləri  olan  vaqonlarda  gediş  sənədləri,  bütün  formalarda  olan  xidməti  və 

vaqon biletləri yolun sonuna qədər onların saxlanmasına məsuliyyət daşıyan vaqon 

bələdçinin yanında xüsusi qovluqda olmalıdır. 

Bələdçi  tranzit  sərnişinlərin  gediş  sənədlərini  qatar  dəyişmə  (sərnişinlərin  bir 

qatardan  digər  qatara  minmə)  məntəqəsinə  (stansiyasına)  çatmasına  30  dəqiqə 

qalmış  özlərinə  qaytarmalıdır.  Həmin  qatarda  yol  getməyən  şəxslərə  istifadə  olun-

muş gediş sənədləri (biletləri) vermək qəti qadağandır. 



3.9. Vaqon bələdçisi tərəfindən sərnişinlərdən alınmış gediş sənədlərinin (biletlərin) 

itməsi aşkar edildikdə, vaqon bələdçisi bu barədə dərhal qatar rəisinə məlumat verir 

və  sərnişin  və  qatar  rəisi  tərəfindən  imzalanmaqla  akt  tərtib  edir.  Akt  qatarın  10 

dəqiqədən  az  olmayaraq  dayandığı  stansiyanın  ştempeli  ilə  təsdiq  edilir.  Həmin 

stansiya sərnişinə hərəkətin sonuncu stansiyasına qədər, arxa tərəfində “Đtirilmişin 


Yüklə 171,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin