Microsoft Word sernishin-vaqonun-beledchisi-ucun-telimat docx



Yüklə 171,54 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix02.01.2022
ölçüsü171,54 Kb.
#47986
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   15
28242-sernishin-vaqonun-beledchisi-ucun-telimat (1)

əvəzinə”  qeydi  yazılmış  yeni  gediş  sənədi  (bileti)  verir.  Gediş  sənədi  (bileti)  qatar 

rəisi və ya bələdçi tərəfindən sərnişinin iştirakı olmadan bilet kasasında tərtib edilir. 



3.10. Sərnişinlərin  qonşu  yollarda dayanan qatarlara, stansiyanın sərnişin binasına 

(vağzala) tamburdan keçməsi lazım gəldikdə bələdçi vaqonun işlək tamburunun hər 

iki  yan  qapısını  açıq  saxlamalı,  açılan  meydançanı  (“önlüyü”)  qaldırmalı  və 

sərnişinlərin keçməsinə nəzarət etməlidir. 




3.11.  Xidmət  etdiyi  vaqonun  sərnişininin  qatardan  qaldığını  aşkar  edən  bələdçi  bu 

barədə  dərhal  qatar  rəisinə  xəbər  verməli  və  onun  əl  yüklərinin  adını  və  yerlərin 

sayını  göstərməklə  akt  tərtib  etməlidir.  Akt  qatar  rəisi,  bələdçi  və  iki  nəfər  sərnişin 

tərəfindən imzalanmalıdır. 



3.12. Bələdçinin vəzifə borcudur: 

sərnişinlər  tərəfindən  yanğın  təhlükəsizliyi  qaydalarının  tələblərinə  riayət 

olunmasına nəzarət etmək; 

sərnişinlər  tərəfindən  açıq  alovdan  istifadə  etməsinə,  tezalışan  və  partlayıcı 

maddələrin  aparılmasına,  siqaret  çəkmək  üçün  ayrılmayan  yerlərdə  siqaret  çək-

məsinə, elektrik cihazların (elektrik üzqırxanları istisna olmaqla) qoşmasına yol ver-

məmək; 

elektrik ölçmə cihazlarının göstəricilərinə, buksun qızmasına nəzarət işarəvericisinə 

(“SKNB”),  yanğın  işarəvericisinə  (“UPS”)  və  vaqonun  idarəetmə  pultundakı  digər 

elektrik avadanlıqlarına nəzarət etmək; 

qatarın  5  dəqiqədən  artıq  dayandığı  stansiyalarda  vaqonalti  avadanlıqlara  baxış 

keçirmək. 



3.13.  Vaqon  bələdçisi  qatarın  hərəkətinin  təhlükəsizliyini  təmin  etmək  üçün 

borcludur: 

vaqonun  elektrik  avadanlığının  hər  hansı  qütbündə  qısaqapanma  baş  verdikdə 

(idarəetmə  lövhəsində  lampaların  biri  söndükdə,  digəri  isə  tam  közərmə  ilə 

yandıqda), qəza işıqlandırılması dövrəsindən (gecə vaxtı) və qəza içarəvericisindən 

(“SKNB”,  “UPS”)  başqa  bütün  elektrik  enerjisi  istehlakçılarını  açmağa  və  qatar 

elektromexanikini və ya qatar rəisini çağırmağa; 

vaqonda  insanların  həyatını  və  ya  hərəkətin  təhlükəsizliyini  qorxu  altına  alan 

nasazlıq  baş  verdikdə,  eləcə  də  buksun  qızmasına  nəzarət  işarəvecisi  (BQNĐ)  işə 

düşdükdə  (ara  verilmədən  zəng  çaldıqda)  dərhal  stop-kranla  qatarı  dayandırmalı, 

bütün  işlər  başa  çatana  qədər  qatarın  maşinisti  tərəfə  günün  işıqlı  vaxtı  açılmış 

vəziyyətdə  qırmızı  bayraq,  qaranlıq  vaxtı  isə  işarə  fənərinin  qırmızı  işığını 

yandırmaqla dayan işarəsi verməli, operativ qərarlar qəbul edilməsi üçün qatar elek-

tromexanikini və ya qatar rəisini telefonla və ya zəncirvari üsulla çağırmalıdır; 

maşinistə  vermiş  olduğu  dayan  işarəsinin  qonşu  vaqonlaının  bələdçilərinin  də 

verməsinə  əmin  olmalı,  qatar  elektromexaniki  və  ya  qatar  rəisi  vaqonun  yanına 

gələnə qədər buksunun qızma dərəcəsini əl ilə təyin etməlidir; 

 buksun  qızmasına  nəzarət  işarəvecisinin  (BQNĐ)  nasaz  olması  müəyyən  edildikdə 

və  onun  nasazlığını  dərhal  aradan  qaldırmaq  mümkün  olmadıqda,  qatar 

elektromexaniki  işarəvericinin  fəaliyyətini  dayandırır,  vaqon  bələdçisini  reys  jur-




nalında  imza  etdirməklə  BQNĐ-də  olan  nasazlıq  düzəldilənə  qədər  qatarın  cədvəl 

üzrə  dayanma  müddəti  5  dəqiqədən  çox  olan  stansiyalarda  həmin  vaqonun  əl  ilə 

bütün bukslarının yoxlanılmasının vacibliyi barədə təlimatlandırır; 

        sərnişin qatarının  mənzildə  təcili  tormozlanması (məcburi dayanması) zamanı 

vaqon  bələdçisi  öz  vaqonunda  işlək  hissələrə,  bukslara,  avtotormozu  və  elektrik 

avadanlıqlarını  bərkitmə  detallarına  vizual  baxış  keçirməklə  qatarın  dayanma 

səbəbini aydınlaşdırmalıdır. Vaqonda qatarın sonrakı hərəkətinə maneə yaradacaq 

nasazlıq aşkar edildikdə, bələdçi dərhal lokomotiv tərəfə dayanma işarəsi verməli və 

qatar rəisini çağırmalıdır ki, o da nasazlığın aradan qaldırılmasını təşkil etməli və ya 

qatarın  sonrakı  hərəkəti  haqda  qərar  qəbul  etməlidir.  Lokomotivin  maşinisti 

tərəfindən avtotormozlar buraxıldıqdan sonra vaqon bələdçisi xidmət etdiyi vaqonun 

tormozunun  buraxılmasını  yoxlamalıdır.  Qatar  yola  düşdükdən  sonra  isə  vaqon 

bələdçiləri  tamburdan  qatarın  hərəkətini  izləməli  və  tormozların  buraxılması, 

qığılcımlanma və ya digər nasazlıqlar olduqda qatarın dayandırılması üçün tədbirlər 

görməlidirlər. 

         Sərnişin  qatarı  enişdə  (və  ya  yoxuşda)  dayandıqda  lokomotivin  maşinisti 

tərəfindən üç uzun fitlə verilən – “Tormozla!” səs işarəsinin tələbinə əsasən vaqon 

bələdçiləri  xidmət  etdikləri  vaqonlarda  əl  tormozlarını  hərəkətə  gətirməli,  qatarın 

hərəkətə  gətirilməsindən  əvvəl  isə  lokomotivin  maşinisti  tərəfindən  iki  uzun  fitlə 

verilən  –  “Tormozları  burax!”  –  səs  işarəsinin  tələbinə  əsasən  xidmət  etdikləri 

vaqonlarda əl tormozlarını buraxmalıdırlar. 

Yanğın işarəvericisi işə düşdükdə idarəetmə blokunda akustik səs işarəsini açmalı, 

onun lövhəsində yanğının yerini təyin etməli, sonra isə həmin yerə baxış keçirməklə 

göstəricilərin düzgünlüyünə əmin olmalı; yanğın haqqında yanlış işarə zamanı qatar 

elektromexanikini və ya qatar rəisini çağırmalıdır. 

3.14.  Qeyri-standart  hallarda  sərnişinlərin  təhlükəsizliyini  təmin  etmək  üçün  vaqon 

bələdçisinin borcudur: 

vaqonda  partlayış  olduqda  stop-kranla  qatarı  dayandırmaq,  qatar  rəisini  çağırmaq, 

sərnişinlərə ilkin tibbi yardım göstərmək. Qatarın sonrakı hərəkətinin mümkünlüyünü 

qatar  rəisi  lokomotivin  maşinisti  ilə  birlikdə  müəyyən  edir.  Hadisə  nəticəsində 

sərnişinlərin xəsarət alması (əlavə N1) və hadisə barədə ümumi akt (əlavə N2) tərtib 

edilir; 

sərnişin  vaqonu  çöldən  atəşə  tutulduqda  qatar  rəisini  çağırmaq  və  sərnişinlərin 

pəncərədən aşağı səviyyədə olmalarını tələb etmək; 

vaqonun  daxilində  atışma  baş  verdikdə  qatar  rəisinə  məlumat  vermək,  sərnişinləri 

qonşu vaqona təxliyə etmək və polis işçilərini çağırmaq; 



vaqonda  şübhəli  və  ya  sahibsiz  əşya  aşkar  edildikdə  “Sərnişin  qatarlarında  terror 

aktlarının  qarşısının  alınması  və  sərnişinlərin  təhlükəsizliyinin  təmin  edilməsi  üzrə 

qatar briqadası işçilərinin yaddaş kitabçası”nı rəhbər tutmaq 

3.15.  Yanğın  aşkar  edildikdə  vaqon  bələdçisi  “Sərnişin  qatarları  vaqonlarında 

yanğın  təhlükəsizliyinin  təmininə  dair  Təlimat”ın  5-ci  bəndinin  tələblərinə  müvafiq 

fəaliyyət göstərməlidir. Eyni zamanda onun vəzifə borcudur: 

qatarın  tuneldə,  körpünün  üstündə,  viadukda,  yol  aşırımlarında  (ötürücülərində), 

körpünün  altında  və  sərnişinlərin  təxliyəsinə  imkan  verməyən,  yanğının  sön-

dürülməsinin təşkilinə mane olan digər yerlərdə olması halları istisna olmaqla qatarı 

stop-kranla dayandırmaq; 

zəncirvari  üsulla  qatar  rəisini  və  qatar  elektromexanikini  çağırmaq  və  qonşu 

vaqonların bələdçilərinə yanğın haqda xəbər vermək; 

sərnişinləri  bu  məzmunda  xəbərdar  etmək:  “Vətəndaş  sərnişinlər!  Gözlənilən 




Yüklə 171,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin