Microsoft Word sernishin-vaqonun-beledchisi-ucun-telimat docx



Yüklə 171,54 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix02.01.2022
ölçüsü171,54 Kb.
#47986
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   15
28242-sernishin-vaqonun-beledchisi-ucun-telimat (1)

1.9. Vaqon bələdçisi sərnişinlərdən gediş qaydalarına riayət etmələrini tələb etməli, 

konflikt  hallarının  yaranmamasına  yol  verməməlidir  və  sərnişinlərlə  nəzakətli  və 

diqqətli davranmalıdır.  

2. Qatarın yola (reysə) hazırlanması zamanı vaqon bələdçisinin vəzifələri  

2.1.  Sərnişin  qatarı  yola  düşməzdən  öncə  vaqon  bələdçisi  işə  müəyyən  edilmiş 

vaxtda, forma və ya firma geyimində üzərində aşağıda göstərilən sənədlər olmaqla 

gəlməlidir. 

Şəxsiyyəti təsdiq edən sənəd; 

Gərginliyi 1000 V-a qədər olan elektrik qurğularına xidmət hüququ verən vəsiqə; 

TĐQ-dan biliyinin yoxlanılmasına dair vəsiqə; 

Vaqon bələdçisinin sanitar kitabçası: 

Sonuncu  (quyruq)  vaqona  xidmət  edilməsinə  hüquq  verən  vəsiqə  (quyruq  vaqon 

bələdçisi üçün); 

Vaqon  bələdçilərinin  geyim  formalarının  sol  tərəfində  müəyyən  edilmiş  formada 

üzərində adı və soyadı yazılmış vizit kartı olmalıdır. 



2.2.  Yola  düşməzdən  öncə  vaqon  bələdçisi  vaqonu  qəbul  edərkən  aşağıdakıları 

yoxlamalıdır: 

vaqonda  bütün  tutacaqların,  keçid  meydançalarının,  tambur  giriş  meydançalarının, 

həmçinin qapıların və qapı cəftələrinin sazlığını; 

stop-kranlarda və qəza çıxışlarının açma dəstəklərində plombların olub-olmadığını; 

qazanxana  bölməsində  və  tualetlərdə  yanğınsöndürmə  kranlarının  sazlığını  və 

orada şlanqların olmasını; 

vaqonun sanitar vəziyyətini; 

vaqonun içməli su ilə təchizatını və içməli su kranının işini; 

kranların, əlüzyuyanların və unitazların təmizliyini, mexanizmlərinin vəziyyətini; 

yanğınsöndürənlərin müddətinin və onların üzərində plombların olmasını; 

quyruq işarə fənərlərinin sazlığını; 

daxili avadanlıqların sazlığını; 

sərnişin  vaqonu  avadanlığının  qəbulu,  təhvili  və  texniki  vəziyyəti  jurnalının  (VU-8) 

olmasını; 

isitmə sistemi və suqaynadıcı üçün yanacağın olmasını; 

siqaret çəkmək üçün ayrılmış xüsusi yerdə kül qabının olmasını; 

əl tormozunun fəaliyyətini; 

tibbi yardımın göstərilməsi üçün apteçkanın (dərman qutusunun), eləcə də qərargah 

vaqonda sanitar xərəyin olmasını. 

yataq  dəstinin,  sabunun,  yuyucu  və  dezinfeksiyaedici  vasitələrin,  tualet  kağızının 

olması; 


təmizləmə  inventarının  (tozsoran,  süpürgə,  zibil  və  su  üçün  vedrə,  zibilgötürən, 

döşəməni silmək üçün əskilər, dezodorant, dezinfeksiyaedici vasitələr) olması; 



2.3. Vaqonun daxillinin (sərnişin və xidməti bölmələrin, dəhliz, tambur və tualetlərin, 

qapı  və  pəncərə  şüşələrinin,  plafonların  və  s.)  sanitar  normalara  uyğun  reysə 

hazırlanmasını bələdçi həyata keçirir. 



2.4.  Vaqonun  qəbulu  zamanı  bələdçi  elektromexaniklə  birgə  aşağıdakıları 

yoxlamalıdır: 

idarəetmə  pultundan  qısamüddətli  açma  yolu  ilə  elektrik  enerjisi  istehlakçılarının 

işini; 


vaqonun gövdəsinə cərəyan axıntısının olmamasını; 

akkumulyator 

batareyalarının 

vəziyyətini, 

elektrik 

lövhəsindəki 

cihazların 

göstəricilərinə əsasən onların yüklənməsi dərəcəsini; 

buksun qızmasına nəzarət edən işarəverici sistemin (“SKNB”) və Yanğın işarəverici 

qurğunun (“UPS”) sazlılığını; 

suqaynadıcının sazlığını və onun odluğunda alovqaytarıcının olmasını; 

quyruq işarə fənərlərinin sazlığını. 




Yüklə 171,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin