Microsoft Word sernishin-vaqonun-beledchisi-ucun-telimat docx


 Sonuncu (quyruq) vaqon bələdçisinin əlavə vəzifələri



Yüklə 171,54 Kb.
Pdf görüntüsü
səhifə14/15
tarix02.01.2022
ölçüsü171,54 Kb.
#47986
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   15
28242-sernishin-vaqonun-beledchisi-ucun-telimat (1)

 7. Sonuncu (quyruq) vaqon bələdçisinin əlavə vəzifələri  

7.1.  Sonuncu  (quyruq)  vaqonlara  xidmət  edən  bələdçi  vəzifəsinə  ən  azı  bir  illik  iş 

təcrübəsinə  malik  olan,  müvafiq  imtahan  verdikdən  sonra  və  sonuncu  (quyruq) 

vaqon  bələdçisi  vəzifəsini  yerinə  yetirmək  hüququ  verən  xüsusi  vəsiqə  alan 

bələdçilər təyin olunurlar. 



7.2. Sonuncu (quyruq) vaqonun bələdçisi vaqonun qəbulundan sonra baş konduktor 

çantasını almalıdır. 



7.3. Sonuncu (quyruq) vaqonun bələdçisinə aşağıdakı əlavə vəzifələr həvalə edilir: 

vaqonu  qəbul  edərkən  sonluq  işarə  fənərlərinin  şüşələrinin  sazlığını  və  təmizliyini, 

qatarın  sonu  işarəvericilərinin  işıqlandırılması  üçün  elektrik  lampalarının  (40  Wt

olub-olmamasını  yoxlamaq,  yolda  hərəkət  zamanı  isə  onların  işinə  nəzarəti  təmin 

etmək; 

  sərnişin qatarı avtobloklama ilə təchiz edilmiş sahələrdə dayandıqda, sonuncu 

(quyruq) vaqonun bələdçisi qatar işarələrinin görünmə dərəcəsini yoxlamalı, mənzili 

diqqətlə müşahidə etmək, arxadan qatarın gəldiyi göründükdə, onun dayandırılması 

üçün tədbirlər görmək; 

sərnişin  qatarı  stansiyadan  yola  düşən  zaman,  sonuncu  (quyruq)  vaqonun 

bələdçisi sərnişin platforması tərəfə (platformanın sonuna qədər): gündüz – bükülü 

sarı bayraq,  

gecə – şəffaf ağ işığı olan əl fənəri göstərmək; 

sərnişin qatarı mənzildə məcburi dayandıqda lokomotivin maşinistinin göstərişi ilə 

sonuncu (quyruq) vaqonun bələdçisi tərəfindən çəpərləmə aparılır; 

sərnişin qatarını çəpərləməyə ehtiyac olmadıqda lokomotivin maşinistinin işarəsi ilə 

(bir uzun fit) qatarı çəpərləyən sonuncu (quyruq) vaqonun bələdçisi əvvəl qoyulmuş 

çəpərləməni götürür;  

sərnişin  qatarı  stansiyadan  yola  düşən  zaman,  sonuncu  (quyruq)  vaqonun 

bələdçisi sərnişin platforması tərəfə (platformanın sonuna qədər): gündüz – bükülü 

sarı bayraq, gecə – şəffaf ağ işığı olan əl fənəri göstərmək; 



sərnişin qatarı mənzildə məcburi dayandıqda lokomotivin maşinistinin göstərişi ilə 

sonuncu (quyruq) vaqonun bələdçisi tərəfindən çəpərləmə aparılır; 

sərnişin qatarını çəpərləməyə ehtiyac olmadıqda lokomotivin maşinistinin işarəsi ilə 

(bir uzun fit) qatarı çəpərləyən sonuncu (quyruq) vaqonun bələdçisi əvvəl qoyulmuş 

çəpərləməni götürür;  

         sərnişin qatarının hərəkət istiqaməti dəyişdikdə,  yolda  hərəkət zamanı  vaqon 

açıldıqda  və  ya  əlavə  sərnişin  vaqonları  qoşulduqda  sonuncu  (quyruq)  vaqonun 

bələdçisi  qatarın  sonu  işarəsinin  şüşələrinin  sazlığını  və  təmizliyini,  qatarın  sonu 

işarəvericilərinin işıqlandırılması üçün elektrik lampalarının (40 wt) olub-olmamasını 

yoxlamaq, yolda hərəkət zamanı isə onların işinə nəzarəti təmin etmək; 

          Dəmir  yolunun  Texniki  Đstismar  Qaydalarında  nəzərdə  tutulmuş  hallarda 

sonuncu  (quyruq)  vaqonun  bələdçisi  avtotormozun  qısa  yoxlanmasının  icrasında 

müəyyən edilmiş qaydada iştirak etməlidir; 

sərnişin qatarı qrafik üzrə dayanması  nəzərdə tutulmayan  stansiyalardan keçərkən 

sonuncu  (quyruq)  vaqonun  bələdçisi  qatarın  keçməsinə  nəzarət  etməli  və  stansiya 

növbətçisi,  yoldəyişmə  postunun  növbətçisi,  işarəverici  və  digər  şəxslər  tərəfindən 

qatarın  dayandırılması  üçün  işarə  verildikdə,  dərhal  qatarı  stop-kranla  dayandır-

malıdır. 



7.4. Əgər sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş sonuncu (quyruq) vaqonun 

arxasına  xidməti-texniki,  poçt,  baqaj-yük  və  ya  sərnişinlərin  daşınması  üçün 

nəzərdə  tutulmayan  digər  tipli  dəmir  yolu  vaqonları  qoşulduqda  bu  Təlimatda  so-

nuncu  (quyruq)  vaqonun  bələdçisinin  əlavə  vəzifələri sərnişinlərin  dayanması  üçün 

nəzərdə tutulan sonuncu (quyruq) vaqonun bələdçisinin üzərində qalır.  


Yüklə 171,54 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin