Microsoft Word sernishin-vaqonun-beledchisi-ucun-telimat docx



Yüklə 171,54 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix02.01.2022
ölçüsü171,54 Kb.
#47986
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   15
28242-sernishin-vaqonun-beledchisi-ucun-telimat (1)

1.5. Vaqon bələdçisi vəzifə borcunu yerinə yetirən zaman aşağıdakı normativ-texniki 

sənədlərin tələblərini rəhbər tutmalıdır: 

bu Təlimatı; 

Dəmir yolu nizamnaməsini; 

Dəmir Yolunun Texniki Đstismar Qaydalarını (TĐQ); 

Dəmir Yolunun Đşarəvermə Təlimatını (ĐT); 

Qatarların hərəkəti və manevr işinə dar Təlimatı (QHT); 

Dəmir yolu müəssisələrində işçilərinin intizam nizamnaməsini; 

Dəmir  yolu  nəqliyyatında  sərnişinlərin,  baqajın  və  yük-baqajın  daşınması 

qaydalarını; 

 Dəmir yolu nəqliyyatında yanğın təhlükəsizliyi qaydalarını; 

Sərnişin qatarları vaqonlarında yanğın təhlükəsizliyinin təmininə dair Təlimatı; 

Sürətli  sərnişin  qatarlarının  hərəkət  etdiyi  sahələrdə  tikililərə,  qurğulara,  hərəkət 

tərkiblərinə texniki xidmət və onların istismarına və hərəkətin təşkili üzrə təlimatı; 

Sərnişin vaqonlarının isitmə sisteminə texniki xidmətə dair təlimatı; 

Sərnişin  qatarlarında  boş  və  boşalacaq  yerlərin  qeydiyyatının  aparılması  və 

məlumatın verilməsi qaydalarını; 

Dəmir yolu nəqliyyatında sərnişin daşımanın sanitariya qaydalarını; 

Yolda hərəkət zamanı sərnişin vaqonlarının saxlanışının sanitariya qaydalarını; 

Tək maşinistlə xidmət edilən qatarlarda qatar briqadasının fəaliyyəti Reqlamentini; 

 “Sərnişin  qatarlarında  terror  aktlarının  qarşısının  alınması  və  sərnişinlərin 

təhlükəsizliyinin təmin edilməsi üzrə qatar briqadası işçilərinin Yaddaş kitabçası”nı; 

“Azərbaycan Dövlət Dəmir Yolunda qatarların hərəkəti və manevr işlərində standart, 

qeyri-standart  və  qəza  hallarında  danışıq  reqlamenti”  (20  avqust  2007-ci  il  tarixli 

31/S N-li sərəncam); 



vaqon bələdçisinin fəaliyyəti ilə əlaqədar digər normativ-hüquqi akları. 

1.6. Vaqon bələdçisi bilməlidir: 

Bütün növlərdən olan gediş sənədlərini və əlavə ödəmə qəbzlərini; 

sərnişin qatarlarında təftiş və komissiyan yoxlama aparma hüququ verən sənədləri; 

xidmət  etdiyi  sahədə  dəmir  yolu  stansiyalarının  və  düşmə-minmə  məntəqələrinin 

yerləşməsini. 

1.7.  Vaqon  bələdçiləri  sərnişin  qatarının  tərtibat  məntəqələrinə  işə  çıxdığı  andan, 

qoşulma  vaqonların  vaqon  bələdçiləri  isə  yolda  onların  qatara  qoşulma  anından, 

bilavasitə qatar rəisinə, vaqonun istismarı üzrə texniki məsələlərdə isə həm də qatar 

elektrik mexanikinə tabedirlər. 



1.8.  Vaqon  bələdçisi  yola  düşməzdən  əvvəl  qatar  rəisindən  sərnişinlərin  vaqonda 

sayının  qeydiyyatı  və  yataq  dəstlərinin  məsrəfi  (işlədilməsi)  üçün  “LU-72”  və  ya 

“ĐNU-4”,  baş  və  sonuncu  (quyruq)  vaqonların  bələdçiləri  isə  boş  və  boşalacaq 

yerlərin qeydiyyatı üçün “LU-73” formalı blankları almalıdırlar; 




Yüklə 171,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin