YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
təcrübəyə uyğun müasir kompleksi təşkil etmək üçün zəruri investisiyala-
rın cəlb edilməsi, ekoloji normativlərə riayət olunması və hazır məhsulun
rəqabət qabiliyyətinin gücləndirilməsi məqsədilə dövlət mülkiyyətində
olan kimya müəssisələri ARDNŞ-nin tabeçiliyinə verilib və həmin sahənin
inkişafı ilə əlaqədar yeni proqramlar hazırlanmağa başlanıb. İnkişaf etmiş
Avropa ölkələrinin təcrübəsi göstərir ki, ətraf mühitə təhlükəsiz olan texno-
logiya tətbiq etməklə kimya sənayesini inkişaf etdirmək və bununla da bir
sıra təbii sərvətlərin qənaəti mümkündür.
Azərbaycanda elektrik enerjisinin istehsalında qənaət edici texnologi-
yaların tətbiqinə ehtiyac var. Hazırda müasir səviyyəli istilik elektrik stan-
siyalarında Avropada 1 kvt/saat elektrik enerjisinin alınması uçun 185-
187 şərti yanacaq vahidi (qaz və mazutdan asılı olaraq) istehlak edildiyi
halda Azərbaycanda bu rəqəm ortalama 330 qram, yeni İES-da isə 260-
270 qramdır. Avropa standartına uyğun qənaət atmosferə emissiya edilən
karbon oksidinin azalmasına səbəb olar.
Azərbaycanda bərpa olunan enerjinin resurslarının böyük olmasına
baxmayaraq, yalnız hidroenergetika geniş yayılıb və ölkədə istehsal olu-
nan enerjinin 12%-i Su Elektrik Stansiyalarının payına düşür.Ölkədə külək
enerjisindən istifadə ediləcək Ələt və Yalama layihələrinin həyata keçirilməsi
layihələşdirilir. Artıq bir sıra bölgələrdə istirahət zonalarında günəş kollek-
torlarından su qızdırılması üçün istifadə edilir. Azərbaycanın külək potensi-
alı çox böyükdür. Azərbaycanda külək enerjisinin istehsalı üçün mükəmməl
təbii şərait mövcuddur. Abşeron yarımadasında ildə 226 gün küləyin sürəti
8m/san-dən yüksək olur. Sahil ərazilərdə küləyin sürəti 6-20 m/san-dir.
Hesablamalara əsasən Abşeronda texniki külək enerji potensialı 1000-1500
MV-dır. Ölkədə isə külək enerjisinin potensialı 4,5 min MV, geotermal və
geometrik enerjinin potensialı 800 MV və kiçik su elektrik stansiyalarının
potensialı isə 350 MV təşkil edir
24
.
Bu günə kimi alternativ və bərpa olunan enerji mənbələrinin inki-
şafına 300 milyon manat investisiya yatırılıb, onun 70 milyon mana-
tı dövlət, qalanı isə özəl investisiyaların payına düşür. 2020-ci ilə kimi
Azərbaycanda alternativ enerjinin ümumi həcmində günəş enerjisinin
24 http://news.milli.az/economy/223608.html